Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktor vəzifəsini icra edən Mikael Ambartsumyan rusofobiya dalğasının İrəvan üçün gözlənilməz nəticələrini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, respublika xüsusi xidmət orqanlarının keçmiş rəhbərinin sözlərini “Sputnik Ermənistan” Teleqram kanalı sitat gətirib.

“Müharibə zamanı Rusiya qoşunlarının Sünikdə yerləşdirilməsini, Rusiya bayrağının dalğalandığı hər bir yeni qalanın yaradılmasını şövqlə və yanımızda güclü müttəfiqimizin olması hissi ilə qəbul etdik. O, düşmən üçün çəkindirici qüvvə idi”, - deyə Ambartsumyan bildirib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbərinin aydınlaşdırdığı kimi, İrəvan respublikanın strateji müttəfiqi olan Rusiyaya qarşı nankorluq edə bilməz. Bəzi hallarda ölkə hakimiyyətinin bu cür davranışı Rusiya Federasiyasına xəyanətə bənzəyir, - Ambartsumyan izah edib.

O, həmçinin qeyd edib ki, Rusiya Federasiyasından təhlükəsizlik kontekstində daha çox şey gözləmək olar, lakin Ermənistan Rusiyanın səyləri ilə 2020-ci ildə Dağlıq Qarabağda münaqişənin dayandırıldığını “bilməli və yadda saxlamalıdır”.

Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan respublikanın 1991-ci ildən sonra Rusiyadan asılılığını strateji səhv adlandırmışdı.

Rusiya Xarici İşlər Nazirliyi onun sözlərinə cavab verib. Xarici işlər naziri Sergey Lavrov Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərin pisləşməsi kursunu davam etdirmək qərarına görə təəssüfləndiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN