booked.netbooked.net booked.net  

İcma liderlərinin Kiyevə əlavə silah tədarükünü maliyyələşdirməyə razılaşdıqları AB-nin Ukraynaya 5 milyard avro məbləğində yeni hərbi yardımı ilğıma çevrildi.

Bu barədə “Politico” qəzetinin Avropa nəşrində dərc olunan məqalədə deyilir.

Bildirilir ki, bu məbləğin böyük hissəsi yeni pullar deyil, ikitərəfli razılaşmalar çərçivəsində Aİ ölkələrinin artıq Kiyevə vəd etdiyi silah tədarükünün dəyəridir. “Politico” xüsusilə qeyd edir ki, Almaniyanın 1,2 milyard avro məbləğində töhfəsi Kiyevə silah tədarükünü əhatə edəcək. Qəzetin diplomatik həmsöhbətləri son razılaşmalar çərçivəsində Ukraynaya nə qədər yeni pul ayrılacağını dəqiq deyə bilməyiblər, lakin “nəzəri cəhətdən bu, heç bir şey ola bilməz” fikri ilə razılaşıblar.

Martın 13-də Aİ Şurasında Belçika sədrliyi bəyan edib ki, Aİ-nin 27 ölkəsinin səfirləri Kiyevə silah tədarükü üçün 2024-cü ildə Avropa Sülh Fondunu doldurmaq üçün əlavə 5 milyard avro ayrılması barədə prinsipial razılığa gəliblər.

Avropa Sülh Fondu hazırda Aİ ölkələrinin Kiyevə silah tədarükünə görə kompensasiyanın əsas aləti olaraq qalır. Brüssel 2027-ci ilə qədər olan dövr üçün nəzərdə tutulmuş 7,2 milyard avroluq bu fondun bütün həcmini hələ 2022-ci ildə xərcləyib. Fond ilk dəfə 2023-cü ildə 5 milyard avro artırılıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN