booked.net booked.net  

İnterpol Crocus City Hall-da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yurgen Stok bildirib.

"Krokus Siti Halldakı hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli aktdır. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır", - o, X sosial şəbəkəsində yazıb.

Təşkilat rəhbəri terror aktı qurbanlarına da başsağlığı verib. "Fikirlərimiz qurbanlar, onların ailələri və dostları ilədir", - Stok deyib.

Qeyd edəkki, terror aktı martın 22-də axşam Krasnoqorskdakı Crocus City Hallda baş verib. Naməlum şəxslər avtomat silahlardan atəş açıb, binada partlayış baş verib, yanğın başlayıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN