booked.netbooked.net booked.net  

Moskva yaxınlığındakı Crocus City Hall-da baş verən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır, Düşənbə Rusiya hakimiyyətindən belə məlumat almayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin mətbuata geniş müraciətində deyilir.

"Vurğulayırıq ki, Tacikistan tərəfi Rusiyanın rəsmi orqanlarından Tacikistan vətəndaşlarının bu işə qarışması ilə bağlı hazırda yayılan saxta məlumatların təsdiqini almayıb. Bununla əlaqədar, Rusiya dövlət orqanları tərəfindən yayılan rəsmi məlumatlara istinad etməyinizi xahiş edirik", - nazirlik bildirib.

Agentlik həmçinin qeyd edib ki, “təsdiqlənməmiş və etibarsız məlumatların yayılması hazırda ölkədən kənarda olan Tacikistan vətəndaşlarına zərər verə bilər”.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN