booked.netbooked.net booked.net  

Terror aktından sonra müəllim Yelena Qubskaya doqquz yaşlı şagirdləri Renat və Evanı Rusiya Rəqs İdmanı çempionatına birlikdə gəldiyi Crocus City Halldan çıxarıb.

Tezadlar.az xəbər verir ki, qadın müsahibəsində bunun necə baş verdiyindən danışıb.

Yelenanın sözlərinə görə, terror aktı başlayan zaman o, uşaqları ilə birlikdə “Aquarium” otelinin foyesində olub və Maqnitoqorska getməyə hazırlaşırmış. Bir anda o, partlayış səsləri eşidib, ancaq bunun atəşfəşanlıq olduğunu düşünüb, çünki pəncərədən kənarda şəhər həyatı həmişəki kimi davam edirdi və hər şey sakit idi.

Bir müddət sonra zalda terrorçulardan qaçan insanlar görünməyə başlayıb, konsert zalının girişində atəş açdıqlarını, orada insanların uzandığını və getməli olduqlarını bildiriblər.

Yelena .agirdlərini götürüb və əvvəlcə rəqs edən cütlüklər arasından daha bir neçə nəfərin toplandığı otel otaqlarından birində onlarla birlikdə gizlənib. Yanğın başlayandan sonra insanlar təxliyə edilməli olduqlarını anlayaraq üst paltarsız çölə çıxıblar.

“Başa düşürəm ki, yola çıxmalıyam, dayanıb nəsə gözləməli deyiləm, üç saata təyyarəmiz qalxacaq. Xoşbəxtlikdən doğum haqqında şəhadətnamələrim var idi, onları səhər çamadanımdan çıxardım", - Yelena qeyd edib.

Qadın yola çıxıb səs verməyə başlayıb və hardasa üçüncü maşın dayanıb. Xoşbəxtlikdən konsertə gecikən ər-arvad Yekaterina və Dmitri var idi. Onlar Yelenanı və uşaqları Şeremetyevoya aparıblar, orada uçuş üçün qeydiyyatdan keçiblər və onlara ədyal verilib.

"Bu vəziyyətdə mən insanlıqla qarşılaşdım", - Yelena deyib.

O, özünü toparlamağa və vəziyyəti sakit şəkildə qiymətləndirməyə çalışdığını etiraf edib. Onun fikrincə, onun və övladlarının terrorçulardan xilas olmasına kömək edən onların bir müddət öz otaqlarında oturmaları və panika içində yaraqlıların əməliyyat apardığı küçəyə qaçmamaları olub. İnsanda özünə nəzarəti inkişaf etdirən idmanla yanaşı, digər insanların köməyi də mühüm rol oynayıb.

“İnsanların kömək etdiyini, bizim xalqımızın bu qədər həmrəy, səmimi və insanpərvər olduğunu hiss etdim”, - deyə müəllim yekunlaşdırıb.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN