booked.netbooked.net booked.net  

Ukraynanın Odessa vilayətində elektrik yarımstansiyalarında baş verən yanğınların səbəbi qəsdən yandırma ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Strana.ua” yazır.

Nəşr bildirir ki, yarımstansiyalar naməlum şəxslər tərəfindən yandırılıb. Bir neçə yaşayış məntəqəsi işıqsız qalıb.

Nəşr yerli ictimai səhifələrdən gələn məlumatlara da istinad edir. Onlardan belə çıxır ki, bir yarımstansiya Bolqrad rayonunun Kubey kəndində, digəri isə Bolqradın özündə yanıb.

Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi bir neçə yüksək gərginlikli yarımstansiyada avadanlıqların yandığını bildirib. Yanğın Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən söndürülüb. Eyni zamanda, yanğının dəqiq harada baş verdiyi açıqlanmayıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN