booked.netbooked.net booked.net  

İsrailin Almaniyadakı səfiri Ron Prosor İranın İsrailə “müharibə elan etdiyini” bəyan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nə dəli dünyadır. İran İsrailə müharibə elan edib”, - diplomat qeyd edib.

O xatırladıb ki, bu yaxınlarda BMT-nin tərksilah üzrə konfransına sədr təyin olunmuş iranlılar İsrailə qarşı kütləvi hücum təşkil ediblər. Prosorun sözlərinə görə, onlar 300-dən çox ballistik raket və kamikadze dronlardan istifadə ediblər.

Səfir İranın nüvə silahı əldə etməsinin yolverilməzliyinə diqqət çəkib. Prosor hesab edirdi ki, Tehranın belə bir arsenalı olsaydı, şübhəsiz ki, ondan istifadə edərdi.

Qeyd edək ki, aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru onlarla pilotsuz təyyarə və raket atıb. İsrail Müdafiə Qüvvələri (İMQ) hava hücumundan müdafiə sistemlərinin yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Hücum başa çatdıqdan sonra İran bütün nəzərdə tutulan hədəfləri vurduğunu bəyan edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN