booked.netbooked.net booked.net  

Almaniya hökuməti kansler Olaf Şoltsun rəhbərliyi altında Ukraynaya silah tədarükü məsələsində tonunu kəskin dəyişib və indi müttəfiqlərini sürəti artırmağa sövq edir.

“Bloomberg” öz anonim mənbələrinə istinadən yazır ki, Berlin Vaşinqtonu Kiyevə ən azı daha bir “Patriot” zenit-raket kompleksi verməyə çağırıb.

Qəzet yazır: "Bu həftə Almaniya da Avropalı müttəfiqlərinə, o cümlədən Fransa və İtaliyaya nə edə biləcəklərini qiymətləndirmək üçün təzyiq göstərməyə davam edəcək".

“Patriot”un özündən başqa, almanlar NATO müttəfiqlərini də öz ehtiyatlarında SAMP/T, Iris-T, NASAMS və Hawk kimi digər hava hücumundan müdafiə sistemləri və raketləri axtarmağa çağırırlar.

Ötən həftə Şolts üçüncü “Patriot” kompleksini Ukraynaya göndərəcəyini açıqlamışdı. Beləliklə, Almaniya Kiyevə təhvil verilən digər hava hücumundan müdafiə sistemlərini saymasaq, bu sistemlərin dörddə birini itirib.

Üstəlik, Almaniya rəhbərliyi üçün belə bir təşəbbüs nisbətən yeni və gözlənilməzdir. Bundan əvvəl Şolts  silah tədarükünü gecikdirməkdə və Kiyevə uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina etməkdə ittiham olunurdu və belə bir addımın Almaniyanı münaqişə tərəfinə çevirəcəyini iddia edirdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN