booked.netbooked.net booked.net  

Aprelin 23-də Ermənistan Tavuş vilayətinin Bağanis-Voskepar hissəsində Azərbaycanla sərhədlərin delimitasiyası işlərinə başlayır.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Açıqlamada deyilir ki, “Bağanis-Voskepar avtomobil yolu ətraf ərazilərdə aparılan minalardan təmizləmə işlərinin təmin edilməsi və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə yaxınlıqdakı minalanmış ərazilərə daxil olmalarının qarşısını almaq məqsədilə bağlanıb”.

“Bu gün Bağanis-Voskepar hissəsində delimitasiya ilə bağlı işlərin aparılması planlaşdırılır. Onu da nəzərinizə çatdırırıq ki, Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bu gün Ermənistan-Azərbaycan təmas xəttində hər hansı dəyişiklik nəzərdə tutulmadığını vurğulayırıq. Sərhədin demarkasiyası başa çatdıqdan sonra sərhəd xəttinin mühafizəsi Ermənistanın Sərhəd Qoşunlarına veriləcək”, – şöbədən məlumat verilib.

Ermənistan hökumət idarəsi də bəyanat yayıb ki, iki ölkənin delimitasiya komissiyalarının razılığı ilə “2024-cü il aprelin 23-də geodeziya ölçmələri əsasında koordinatların müəyyən edilməsi prosesinə başlanılıb”.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN