booked.netbooked.net booked.net  

Çinin Quandun əyalətini vuran yağışlar nəticəsində 100 mindən çox insan təxliyə edilib və ən yüksək “qırmızı” xəbərdarlıq Şençjen şəhərində elan edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “AFP” yazır.

Şəhərin meteoroloji rəsədxanasının məlumatına görə, Şençjen "çox yüksək" daşqın riski ilə üzləşir.

Şençjen səlahiyyətliləri “qırmızı” həyəcan siqnalı verərkən, "Ehtiyat tədbirləri alın və daşqınlara meylli olan təhlükəli alçaq ərazilərdən uzaq durun" deyib.

Fövqəladə Hallar Agentliyinin məlumatına görə, aprelin 22-nə olan məlumata görə, Quanqdonq əyalətində 110 minə yaxın insan təxliyyə edilib, 25 min 800 nəfər təcili olaraq təhlükəsiz yerlərə köçürülüb, - “Sinxua” agentliyi yazır.

Quanqdonq əyalətinin şimalındakı Qingyuan şəhərindən Pearl çayı deltasında yerləşən şəhərin görüntüləri bəzi binaların su altında qaldığını göstərir.

Çin dövlət mediasının məlumatına görə, indiyədək 4 nəfər ölüb, 10 nəfər itkin düşüb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN