booked.netbooked.net booked.net  

David Babayan: “Azərbaycan erməniləri zəhərləyib öldürəcək...”

...Deyəsən, Soçi görüşü və əldə olunan razılaşma sənədləri də erməni siyasilərin ağlını bir yerə toplamadı... Belə ki, dırnaqarası “DQR”ın “xarici işlər naziri” David Babayan sensasion açıqlama ilə çıxış edib. O, deyib ki, “...Azərbaycan Tərtər çayının yatağını dəyişmək fikrindədir. Belə ki, bu çayın suyu Sərsəng su anbarında toplanır. Ermənilər də bu sudan istifadə edirlər. Ona görə də Azərbaycan Sərsəng su anbarının suyunu qurutmaq istəyir. O da ola bilər ki, Azərbaycan Sərsəng su anbarına toplanan suyu zəhərləsin. Azərbaycan suyu zəhərləmək planını Ermənistanda da həyata keçirə bilər. Belə ki, Göyçə gölünə yığışan su əsasən Kəlbəcər dağlarından axıb gəlir. İndi isə Kəlbəcər Azərbaycanın nəzarəti altındadır”.

Bu ağlı sürüşkən David Babayan onu da deyib ki, Rusiya sülhməramlıları və ya Minsk Qrupuna daxil olan ölkələrin hərbçiləri həmin ərazilərə yeridilməlidir və onlar prosesi nəzarət altına almalıdır: “Nə qədər gec deyil, nə qədər ki fəlakətlə üzləşməmişik, bu məsələni qaldırmalıyıq”.

Di gəl bu axmağa başa sal ki, Azərbaycanın işi-gücü yoxdur ki, su zəhərləməklə məşğul olsun?! Azərbaycan heç bir zaman humanitar fəlakət tərəfdarı olmayıb, əksinə, bu fəlakətə qarşı olub. Xüsusən də ekologiyamızla bağlı məsələlərdə...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN