booked.net booked.net  

"Mixeil Saakaşvili ölkənin üçüncü prezidentidir və buna görə də məhkəmə zalından ictimaiyyətə müraciət etməsini təmin edəcəm".

Gürcüstan KİV-nin məlumatına görə, bu sözləri Mixeil Saakaşvilinin 29 noyabrda keçiriləcək məhkəmə prosesinin hakimi Liana Orkodaşvili, verdiyi müsahibəsi zamanı deyib. Müsahibə zamanı hakim deyib: "Əgər Saakaşvilini yenə də məhkəmə zalına gətirməsələr, biz onun həbs olunmasını müzakirə etməyəcəyik". O, həmçinin, Preziden Salome Zurabişvilinin Mixeil Saakaşvilini əfv edəcəyini desə, bu zaman Saakaşvili barəsində yenidən hökm oxumayacaqlarını və onu sərbəst buraxacaqlarını bildirib. Hakim həmçinin, Mixeil Saakaşvilinin Qldani xəstəxanasına köçürülməsi kadrları barədə suala da cavab verib və bu kadrları "çox ağır" olaraq adlandırıb.

Xatırladaq ki, hakim Liana Orkodaşvili Mixeil Saakaşvilinin 10 noyabrda keçirilən məhkəməsi zamanı ona telefonla danışmaq haqqını verib və 7 noyabr hadisələri ilə bağlı ilkin həbs tələbini ləğv edib.

Qeyd edək ki, Gürcüstan parlamentinin sədri Kaxa Kuçava da deputatların Saakaşvili ilə görüşə biləcəyini deyib.

Onun sözlərinə görə, Qori xəstəxanası cəzaçəkmə müəssisəsi deyil ona görə də, millət vəkillərinin Mixeil Saakaşvili ilə görüşməsində ləngimə olur: "Biz deputatların məhbus Saakaşviliyə baş çəkməsinə imkan verən forma tapmağa çalışdıq. Mən parlament sədri olaraq millət vəkillərinin yalnız cəzaçəkmə müəssisəsinə daxil olmasını təmin edə bilirəm, Qori xəstəxanası cəzaçəkmə müəssisəsi deyil ona görə də, millət vəkillərinin Mixeil Saakaşvili ilə görüşməsində ləngimə olur. Bu səbəbdən millət vəkillərinin Saakaşvili ilə görüşməsi üçün hüquqi yollar axtardıq və artıq mövcud problem həll olundu. Bildiyimə görə artıq bir deputat Saakaşvili ilə görüşüb və ya görüşəcək. Bunu dəqiq bilmirəm, amma onu dəqiq bilirəm ki, onların Saakaşvili ilə görüşməsinə məhdudiyyət qoyulmayacaq", - deyə K. Kuçava bildirib.

TEZADLAR.AZ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN