booked.net booked.net  

“Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir”.

Bunu millət vəkili Vüqar Bayramov işğaldan azad edilmiş ərazilərimizdən, o cümlədən Füzulidəki bərpa və yenidənqurma işlərindən danışarkən bildirib.

Vüqar Bayramov Füzulinin bir il əvvəlki ilə indiki vəziyyətini müqayisə edib və bu müddət ərzində nə qədər işlər görüldüyünə diqqət çəkib.

 “Düz 1 il öncə- oktyabrın 26-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Qarabağın "hava qapısı"nın açılışını etdi. Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabağılığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur. Bu da hava limanının xüsusi özəlliklərindədir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və gələn il ilkin məskunlaşma olacağı gözlənilir. Məhz ondan sonra hava limanın əhəmiyyəti daha da artacaq”,- deyə qeyd edib.

 Millət vəkili beynəlxalq hava limanının əhəmiyyətindən danışarkən qeyd edib ki, Beynəlxalq Hava Limanı istifadəyə verildikdən sonra həm Bakıdan, həm də ölkə xaricindən aeroporta mütəmadi olaraq reyslərin təşkil edilməsi müşahidə edilib:”Ötən bir ildə xüsusən Şuşa şəhərində keçirilən tədbirlərə getmək üçün Bakıdan, bir sıra hallarda isə digər ölkələrdən Füzuliyə birbaşa reyslər olub”.

O, həmçinin bildirib ki, bölgədə Füzuli şəhərinin Baş planına uyğun olaraq həm yaşayış binalarının, həm də sosial-inzibati obyektlərin inşası həyata keçirilir və 2023-cü ilin payız aylarında rayonda ilkin məskunlaşmanın başlanması gözlənilir.

Vüqar Bayramovun sözlərinə görə, məskunlaşmadan sonra mütəmadi - cədvəl üzrə reyslər həyata keçiriləcək - Qarabağda və Şərqi Zəngəzurda əhalinin məskunlaşması həyata keçirildikcə hava limanından daha sıx şəkildə istifadə ediləcək.

“Ötən bir il göstərdi ki, Füzuli Beynəlxalq Hava Limanı strateji mövqeyə malikdir, işğaldan azad olunmuş ərazilərdən yalnız Zəngilanda məskunlaşmanın həyata keçirilməsinə baxmayaraq, bu hava limanından istifadə səviyyəsi yüksək olub. Reyslərin həyata keçirilməsi bir daha təsdiq edir ki, hava limanı kifayət qədər strateji əhəmiyyətə malikdir”, - deyib.

O, əlavə edib ki,  Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına da malikdir və bu da bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, prosesə xüsusi töhvə vermiş olacaq: “Füzuli Hava Limanı Qarabağımızın Azərbaycan iqtisadi re-inteqrasiya baxımından vacibdir. İşğaldan azad olunan ərazilərimiz bərpa və yenidən qurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu əlavə 9 milyard manata yaxın yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan, çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhvə verəcək”, -deyə Vüqar Bayramov diqqətə çatdırıb.

Xatırladaq ki,  Füzuli Beynəlxalq Hava Limanına 16 oktyabr 2021-ci ci ildə Azərbaycan Baş Nazirinin Sərəncamı ilə beynəlxalq status verilmişdir.

Hava limanının 2021-ci il oktyabrın 26-da baş tutmuş açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və təyyarəsi birbaşa hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər.

 

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN