booked.net booked.net  

Avropa Birliyi Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməlidir, bu bölgə getdikcə daha çox strateji əhəmiyyəti daşıyır.

Bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel Berlində bildirib.

"Mərkəzi Asiya ölkələri strateji baxımdan getdikcə daha vacib hala gəlir. Bu bölgə dünyanın mövcud şəraitində getdikcə daha çox əhəmiyyət daşıyır. Xarici siyasətlərinin şaxələndirilməsini düşünürlər, onlar artıq Sovet İttifaqının respublikaları deyil. Onlar Rusiyanı müstəqilliklərinə hörmət etməyə səsləyirlər.  Biz onlarla münasibətimizi inkişaf etdirməliyik", - bildirib.

Diplomat əlavə edib ki, gələn həftə Səmərqənddə Avropa ilə Mərkəzi Asiya arasındakı əlaqələr konfransında iştirak etməyi planlaşdırır.

 "Bu, həm Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək, həm də strateji investisiya proqramımızı inkişaf etdirmək üçün yaxşı bir fürsət olacaq", - deyə Borrel vurğulayıb.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN