booked.netbooked.net booked.net  

Rusiyadan neftin qiymətinə yuxarı həddin tətbiqi bütün dünya üçün ağır nəticələrə səbəb olacaq təxribatçı tədbirdir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərini TASS sitat gətirib.

Diplomat xatırladıb ki, Rusiya dəfələrlə neftin qiymətinin yuxarı həddinin anti-bazar tədbiri olduğunu qeyd edib. Zaxarovanın fikrincə, bu, tədarük zəncirinin məhvinə gətirib çıxaracaq və qlobal enerji bazarlarında vəziyyəti xeyli çətinləşdirə bilər.

“Rusiya Federasiyası bu anti-Rusiya təxribat təşəbbüsünü dəstəkləyən ölkələrə neft verməyəcək. Bu, həqiqətən də anti-Rusiya yönümlüdür, lakin nəticələri hamı üçün dağıdıcı olacaq”, - deyə Zaxarova proqnozlaşdırıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN