booked.netbooked.net booked.net  

Beləliklə, bir ildən az bir müddətdə yerli istehsalçılar artıq daxili bazarı qarabaşaq yarması ilə tam təmin edə biliblər.

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ilin əvvəlindən Qazaxıstanda qarabaşaq istehsalının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 70% artıb.

 “Qazaxıstanın 11 müəssisəsi 30 min tona yaxın qarabaşaq yarması istehsal edib. Eyni zamanda, bu yarmanın orta illik istehlak həcmi 29,1 min ton təşkil edir. Beləliklə, bir ildən az bir müddətdə yerli istehsalçılar artıq daxili bazarı qarabaşaq yarması ilə tam təmin edə biliblər. Əsas qarabaşaq istehsalçıları Pavlodar, Şərqi Qazaxıstan və Kostanay vilayətləridir”, - deyə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qurumdan qeyd ediblər ki, bu il qarabaşaq yarmasının idxalı 80% azalaraq cəmi 600 ton təşkil edib.

“Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 3 min tona yaxın qarabaşaq yarması idxal edilib”, - deyə kənd təsərrüfatı idarəsinin nümayəndələri bildiriblər.

***

Qeyd edək ki, qarabaşaq yarması həm orqanizm üçün xeyirli olduğundan, həm də bir çox xəstəliklər zamanı (diabet, hipertaniya və s.) da ondan istifadə edilir. Bu baxımdan, ölkəmizdə də qarabaşağa təlabat var. Azərbaycanın bir çox rayonlarında da qarabaşaq əkilirdi (hətta Ağsuda, Qəbələdə), lakin ölkəmiz qarabaşaq idxalatçılarındandır.

Xatırladaq ki, son illər qarabaşağın qiymətində güclü sıçrayış müşahidə olunmaqdadır.  Statistik məlumatlara görə, Azərbaycanda bu il qarabaşağın 1 kq-nın orta və idxal  qiymətləri  ötən ilin oktyabr ayı ilə müqayisədə 1 manat 11 qəpik, yəni 39,2% artıb. 2022-ci ilin oktyabr ayında  qiymət 4 manatadək yüksəlib – 3 man.94 qəp. təşkil edib.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN