OPEC+ qlobal neft bazarında sabitliyi qorumaq üçün hasilatın orta səviyyədə azaldılması ilə bağlı konsensusa gələrsə, Qərbin Rusiya neftinin qiymətinə tətbiq etdiyi qiymət həddi istənilən effekti verməyəcək.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Çinin dövlət nəşri Global Times yazıb. 

Nəşr çinli ekspertlərə istinadən yazır ki, Səudiyyə Ərəbistanı və Rusiyanın rəhbərlik etdiyi OPEC+ alyansı bazar sabitliyini qorumaq üçün neft hasilatını orta səviyyədə azaltmaq qərarına gələ bilər.

Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun kiçik elmi işçisi Zhang Hong qeyd edir ki, əgər belə olarsa, Qərbin qiymət həddi ilə bağlı razılaşması istənilən effekti verməyəcək və sadəcə olaraq diplomatik təbliğata çevriləcək.

Qeyd edək ki, ötən həftənin cümə günü Aİ ölkələri dəniz yolu ilə tədarük edilən Rusiya neftinin tənzimlənən qiymət həddinin bir barel üçün 60 dollar olması barədə razılığa gəliblər

Bu gündən etibarən G7 ilə birlikdə Rusiya neftinə qarşı qiymət limiti tətbiq edilir.

Lakin Moskva neftin qiymət həddini qəbul etmir və etməyəcək.

Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, hazırda təhlil aparılır.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bir müddət əvvəl Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib.

Və onların Rusiya Federasiyasının dörd yeni regionu olduğunu bildirib.

...Qərb, Aİ ölkələri Rusiyaya qarşı indiyədək 8 sanksiya paketi tətbiq edib, 9-cu da hazırlanır. Lakin bu sanksiyalar Rusiyanın Ukraynadakı müharibəsini durdurmağa gücsüz olub... 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN