booked.netbooked.net booked.net  

Təbii fəlakətlərdən heç bir dövlət, heç bir xalq sığortalanmayıb...

Bunu Türkiyədə baş verən və indiyədək olan məlumata görə (rəqəm hər saat artır) 15 min can alan, 60 minə yaxın yaralılarla yadda qalan dəhşətli zəlzələ sübut etməkdədir. Zəlzələ bölgələrindən yayımlanan videogörüntülərdən isə məlum olur ki, yeni inşaa edilmiş monolit yaşayış binaları zəlzələ baş verən kimi beton hissəciklərə çevrilərək yerə gömülüb.

Azərbaycanda da göydələnlərin keyfiyyəti inşaası  məsələsi gündəmə gəlib.  Tahir Xudiyev  hündürmərtəbəli yeni binaların keyfiyyətsiz tikilməsi barədə hələ 7 il bundan öncə rəhbərlik etdiyi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB adından aidiyyəti dövlət qurumlarına  müraciət etdiyini bildirir:

-Hündürmərtəbəli binaların tikintisi səriştəsiz qeyri-peşəkarlara həvalə olunur, şəxsi məqsədləri naminə daha çox qazanc əldə etmək üçün xalqın, əhalinin təhlükəsizliyini nəzərə almadan ucuz, aşağı keyfiyyətli tikinti materiallarından, müasir standarta cavab verməyən, zəlzələlərə davamsız binalar tikilir.  Bu böyük problemlərə diqqəti cəlb etmək üçün biz 7 il əvvəldən Bakı Şəhər İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Respublika Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdik. Bax Türkiyədə baş verən bu faciəli günü öncədən gördüyümüz üçün müraciət etmişdik. Bizə başdangetdi cavablar verilirdi. Çox təəssüf ki, heç bir tədbir görülmədi və hələ də görülmür. Keyfiyyətsiz hündürmərtəbəli binalar iç-içə, bir-birinə yaxın məsafədə tikilməkdə davam edir. Möhtərəm Prezidentimizin  tövsiyyəsi ilə 10-12 mərtəbəli binaların tikilməsi əvəzinə, çox təəssüf ki, 19-20, bir çox hallarda 25-26 mərtəbəli binalar yağışdan sonra göbələk kimi tikilməkdə davam edir. Heç olmasa bundan sonra binaların keyfiyyətli, zəlzələlərə davamlı, müasir standartlara cavab verən, yüksək keyfiyyətli materiallardan, 10 mərtəbədən artıq olmadan  tikilməsi üçün Azərbaycanda tərkibi xarici ölkələrdən dəvət olunan yüksək ixtisaslı, təcrübəli kardlardan ibarət müstəqil komissiya yaradılsın.   Qardaş Türkiyə dövlətində baş verən çoxsaylı tələfata,  insanların evsiz-eşiksiz qalmasına səbəb olan, bütün dünyanı kədərə qərq edən dəhşətli  zəlzələ hər yerdə baş verə bilər, heç bir dövlət, xalq təbii fəlakətlərdən sığortalanmayıb. Təbii fəakətdən çox insanları keyfiyyətsiz tikilmiş binalar öldürür. 

 Məlahət Abdullayeva,

"Əlillər Dünyası" qəzetindən

(Xüsusi olaraq "Təzadlar" qəzeti üçün).

29fb159f-c5de-4f41-b659-cc3c3d0ef44e

a1107899-77fa-4c48-8d54-659d5e2667ac



Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA