booked.netbooked.net booked.net  

Yaponiya 2022-ci ilin ikinci yarısında Rusiyanın enerji resurslarından asılılığını azaltmaq siyasətinə uyğun olaraq Rusiya neftinin alışını 90% azaldıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.

"Ölkəmiz Rusiyanın enerji mənbələrindən, o cümlədən neft və kömürdən asılılığını azaltmaq kursunu davam etdirir. 2022-ci ilin ikinci yarısında Rusiyadan neft alışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 90% azalıb, kömür - təqribən 60% təşkil edib”, - o qeyd edib.

Matsuno vurğulayıb ki, Yaponiya “Yeddilik” ölkələri ilə sıx əməkdaşlıq edərək öz enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcək.

Yaponiya tərəfindən Rusiyadan neft və neft məhsullarının alışı ötən ilin iyununda sıfıra endirilib, bundan sonra iyul və avqust aylarında Rusiya Federasiyasından cüzi məbləğdə alınıb, sentyabrda isə yenidən bu növ enerji resurslarının idxalını tamamilə dayandırıb. Tokio daha sonra Rusiyanın neft qiymətlərinin tavan mexanizminə qoşuldu. Nəticədə, 2022-ci ildə Rusiyadan bu növ yanacağın idxalı 56,4% azalıb.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN