booked.netbooked.net booked.net  

Artıq “yaşıl enerji”yə keçid zərurəti, su ehtiyatları, tibblə bağlı innovasiyalar haqqında danışmağa başlamışıq. Əminəm ki, növbəti forumlarımızdan biri tibb və tibbi texnologiyalar ilə bağlı olacaq.

Bunu Azərbaycan-İsrail İnnovasiya Forumunun iştirakçısı,  İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışarkən bildirib.

Onun sözlərinə görə, İsrail bazarı kiçik olsa da, ödəmə qabiliyyəti yüksəkdir və maliyyə baxımından Azərbaycan üçün çox maraqlı bazar ola bilər.

Diqqətə çatdırıb ki, lazımi məhsullara daha çox diqqət yetirmək üçün, sadəcə, bir az araşdırma aparmağa ehtiyac var.

Sədr Azərbaycan məhsullarının dadlı olmasını da vurğulayıb.

“ Şübhəsiz, qida məhsulları haqqında danışmaq olar. Azərbaycan məhsullarının necə dadlı olduğunu hamımız bilirik. Hamıya yaxşı məlumdur ki, İsrail neftin və neft məhsullarının əsas alıcılarındandır. Bundan əlavə, sənaye istiqamətini inkişaf etdirmək mümkündür”, - deyə bildirib.

O, Preziden İlham Əliyevin İsrailə səfir təyin etdiyi şəxsin uzun müddət İsraillə işləmək təcrübəsinə malik  olmasından məmnunluğunu da ifadə edib.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Israilə təyin olunan ilk səfir Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsinə çalışırdı.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN