booked.netbooked.net booked.net  

“Politico” yazır ki, Ukraynadan taxıl ixracı Şərqi Avropa ölkələrinin mövqeyinə görə mürəkkəbdir.

Nəşrin məlumatına görə, Polşa, Macarıstan və Rumıniya Ukrayna taxılının daşınması xərclərini ödəməkdən imtina edib. Həmçinin taxılın ixracı onun daşınmasının baha olması ilə çətinləşir.

Litva daşımalara görə özünə, Ukraynaya isə təzminat istəyib. Şərqi Avropa ölkələri Rusiyanın taxıl sazişindən çıxması fonunda Aİ-nin taxıl ixracı planlarına yenidən baxmalı olduğunu təkid edir.

Fars körfəzi ölkələri Rusiyanın maraqlarını nəzərə alaraq taxıl sazişinin tam şəkildə bərpası ideyasını dəstəkləyiblər, - bunu Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budaivi deyib.

Rusiya prezidenti Vladimir Putin Rusiya-Afrika sammiti zamanı deyib ki, məhz Rusiya Federasiyası dünyada ərzaq təhlükəsizliyinə mühüm töhfə verir.

Bundan əvvəl Kuleba Rusiyanı “aclıq oyunlarını” dayandırmağa çağırmışdı.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN