booked.netbooked.net booked.net  

Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bankda bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər.
Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Ekspert diqqətə çatdırıb ki, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir.
"İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq", - deyə iqtisadçı bildirib.
Vüqar Bayramovun sözlərinə görə, inflyasiyanın ötən ay 10.6% olmasından arxayınlaşmaq olmaz:
"İdxal inflyasiyasının təsirləri azalsa da, yenə də strukturda payı yüksək olaraq qalmaqdadır. Bu baxımdan, illik inflyasiyanın iyunda 10.6% təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək".
O, vurğulayıb ki, uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə etiraf etmək lazımdır ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur:
"Faiz dəhlizinin yuxarı və aşağı həddlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var", - deyə iqtisadçı ekspert  qeyd edib.
JASMİN
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN