booked.net booked.net  

Bu ilin yanvar-iyul aylarında Rusiya Federasiyasının Novosibirsk və Tomsk vilayətlərindən Azərbaycana 33,8 ton dondurma ixrac edilib.

"TEZADLAR.AZ" Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") istinadən xəbər verir ki, hesabat dövründə Novosibirskdən Azərbaycana 28,5 ton, Tomsk vilayətindən isə 5,3 ton dondurma göndərilib. Dondurma partiyalarının Azərbaycana ixracı ölkə ilə razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil yolu ilə həyata keçirilib. Həmçinin, Azərbaycana ixraca hazırlanarkən Rusiya Federasiyasından idxal olunan məhsulların etiketlərinin dizaynının bu il aprelin 1-dən qüvvəyə minən yeni qaydaları da nəzərə alınıb. Belə ki, dondurmaların etiketlərində məhsul haqqında məlumat Azərbaycan və rus dillərində təqdim olunub. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin “Aqroeksport” Federal Mərkəzinin məlumatına görə, Azərbaycan Rusiya dondurmasının ixracı üzrə ilk 10 perspektivli hədəf bazarları sırasındadır.

vergiler.az

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN