booked.net booked.net  

...Yaşadığımız yer planetinin iqlimi zaman keçdikcə dəyişir, ekoloji problemlər zamanla özünü daha çox biruzə verir. Bunlardan biri də qlobal istiləşmə problemdir ki, bəşəriyyəti indi daha çox narahat edir. Bütün bu ekoloji problemlərin yaranmasında və inkişafında isə, əlbəttə ki, biz insanların "rolu" böyükdür. Əgər biz əvvəllər məsələn, qlobal istiləşmə və ya ətraf mühitin çirklənməsi və.s. haqda qəzetlərdən oxuyur, xəbər verilişlərindən eşidirdiksə, indi artıq bu problemlərlə gündəlik həyatda qarşılaşırıq. Bu yay ölkəmizdə - Azərbaycanda keçən isti - sərt yay da buna bir nümunədir.
XXX
Bu bəşəri təhlükənin qarşısını almaq üçün isə, dünya birliyi, böyük dövlətlər birgə səylər göstərirlər, lakin bu cəhdlər heç də kifayət deyil, bu anomaliyalarla mübarizə üçün hər birimiz, əlimizdən gələni etməyə çalışmalıyıq, babalarımızın bizə yararlı, saf qoyub getdiyi təbiəti qorumağa çalışmalıyıq ki, bizim övladlar - gələcək nəsillər də normal ekoloji mühitdə yaşamaq imkanına malik olsunlar.
 Aşağıda təqdim etdiyim şəkilləri İsveçrədə hazırda yaşadığım cəmi 5 min əhalisi olan kiçik qəsəbədə çəkmişəm, təkcə bu kiçik qəsəbədə küçədə gəzərkən, mən 10 - dan çox bulaqla rastlaşıram və bu bütün ölkə üzrə belədir. İsveçrə ərazisi dağlarla əhatə olunduğundan ölkənin suyu çox təmizdir. Dağlardan süzülüb gələn su heç də mineral sulardan geri qalmır, burda küçələrdə hər yerdə bulaqlar inşa edilmişdir, bu bulaqların yaşı, hətta 200 - 300 il əvvəllərə də gedib çıxır. Bunları yazmaqda məqsədim isə, əvvəlki nəsillərin qoyub getdiyi ənənənin, bu günki bizlər üçün və gələcək nəsillər üçün nə qədər əhəmiyyətli olduğunu bir daha xatırlatmaqdır... Amma o da var ki, İsveçrə kimi dağların əhatəsində olan bir ölkə də indi istilərlə mübarizə aparır... 
İlham Rəsul, 
"Təzadlar"ın İsveçrə üzrə xüsusi müxbiri
78e4af5b-7a21-49c3-93bc-0b5406890247
d394b5ac-fc06-43e9-92de-3d3ae6073c7e
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN