“Bakı KOB evi”ndə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Gənc Sahibkarların IV Forumu keçirilib.

Agentlikdən TEZADLAR.AZ-a verilən məlumata görə, Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində keçirilən tədbirdə 100-dən çox sahibkar, sahibkarlıq ekosisteminin fəal üzvləri, startap, habelə biznes fəaliyyətinə marağı olan gənclər iştirak ediblər.

Forum Azərbaycanda sahibkarlığın inkişafında böyük rolu olan Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə ölkəmizdə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsi olaraq təşkil olunub.

Tədbirdə ölkədə sahibkarlığın inkişafına göstərilən dəstək mexanizmləri, gənclər arasında sahibkarlığın təşviqi, bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyəti, gənclərin sahibkarlıq təşəbbüslərində innovativ yanaşma, eləcə də sahibkarlıq ekosisteminin inkişafında gənclərin rolunun, sahibkarlığa marağı olan gənclərin bilik və bacarıqlarının artırılması, gənclərin müasir əmək bazarının çağırışlarına adaptasiyası, onların potensialının üzə çıxarılması və təşəbbüslərinin dəstəklənməsi istiqamətində atılan addımlar barədə məlumat verilib.

Tədbir çərçivəsində “Sahibkarın qeyd dəftəri: Sabaha hesablanan yatırımlar” mövzusunda panel müzakirələr keçirilib.

Qeyd edək ki, artıq dördüncü dəfə təşkil olunan Gənc Sahibkarlar Forumunun başlıca məqsədi gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, biznes layihələrinin reallaşdırılması istiqamətində mövcud imkanlar və dövlət dəstəyi mexanizmləri haqqında onların məlumatlandırılması, öz bizneslərini qurmaları üçün ilkin biliklərə yiyələnmələrinə dəstək, sahibkarlıq subyektlərinin şəbəkələşməsidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN