booked.netbooked.net booked.net  

 İcazəsiz tikililər problemi bütün zamanlarda olub, lakin bunun necə və nə üçün baş verdiyini araşdırmaq həmişə sual olaraq qaldığının şahidiyik...

Axır ki, Baş nazir ədliyyə nazirinə fiziki şəxslərə məxsus torpaq sahələrində tikinti sənədləri olmadan tikilən fərdi yaşayış evlərinə aid olan tikinti amnistiyası layihəsi üzərində işləməyi tapşırıb. Tezadlar.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumət iclası keçirilib. Hökumət administrasiyasının məlumatına görə, Nazirlər Kabinetinin üzvləri gündəliyə daxil olan 9 məsələni müzakirə ediblər. Məlumata görə, Hökumət başçısı iclasda ədliyyə nazirinə fiziki şəxslərin mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilən fərdi yaşayış evlərinə aid olan tikinti amnistiyası layihəsi üzərində işləməyi tapşırıb. Dəyişiklik müzakirə edilərkən vurğulanıb ki, bu qərarla bir tərəfdən gələcəkdə qanunsuz ev tikmək praktikası aradan qaldırılacaq, digər tərəfdən kənd yerlərində və ya şəhərlərdə fərdi yaşayış evi olan vətəndaşlara tikinti üçün lazımi sənədlər verilməmişsə, leqallaşdırmanın mürəkkəb prosedurundan keçmək məcburiyyətində qalmayacaq.

 Qeyd olunub ki, müvafiq amnistiya qərarı bir milyona qədər vətəndaşı əhatə edəcək.

XXX

Azərbaycanda da belə qanunsuz ev və ya digər tikililər problemi qalmaqdadır. Hər il bu məsələnin tezliklə həll ediləcəyi deyilsə də, məsələ açıq olaraq qalmaqdadır.  Məsələ ondadır ki, bir suala aydınlıq gətirilməlidir: bu tikililər qanunsuzdur, yoxsa icazəsiz? Qanunsuzdursa, niyə aidiyyəti qurumlar zamanında buna imkan verib? Yox, icazəsizdirsə, niyə aidiyyəti qurumlar icazə verməyib? Deməli, tikintisinə göz yumulub! Bu niyə belə olub???
Qısası, ortada bir hüquqi məntiq var: icazəsiz tikililər, xüsusən də evlər Azərbaycan vətəndaşının yaşamasına xidmət edibsə, deməli, hökumət- dövlət bu qayğıdan azad edilib... Bu isə ona əsas verir ki, həmin tikililərə hökumət də amnistiya verməlidir...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN