booked.netbooked.net booked.net  

...Mediada vergilərlə bağlı yayılan rəsmi məlumatların bu dəfə mikrosahibkarlıq subyektlərinin gələcək fəaliyyətinə yaxşı olmayan vədi diqqəti çəkir... Tezadlar.az bildirir ki, tanınmış QHT rəhbəri Sahib Məmmədov bu və ya digər suallara cavab verib. Sitat: "Növbəti ildən mikrosahibkarlıq subyektlərinin əksəriyyəti fəaliyyətini dayandırmalı olacaq. Xüsusən dövriyyəsi 15-25 000 arası olan və muzdlu içə cəlb etmədən tək fəaliyyət göstərənlər (ekspertlər, təlimçilər, tərcüməçilər, repetitorlar, kiçik sənətkarlıqla məğul olanlar və s.). Vergi Məcəlləsinə edilən dəyişikliklə mikrosahibkarların (illik dövriyyəsi 200 000 az olanlar) gəlir vergisinə tətbiq olunan 75%-lik güzəşt ləğv olunur. Bu o deməkdir ki, gəlir vergisinin həcmi 20% təşkil edəcək. Bunun üstünə 1% nağdılaşma vergisi, bank xərclər, və hazırda 101 manat aylıq təşkil edən (icbari və tibbi sığorta bir yerdə) sığorta xərclərini də gələndə fəaliyyət mənasını itirir. Yəni nə qazansan ən azı 50%-ni verməlisən. Bəzi hallarda isə qazancın üstünə əlavə etməlisən (məsələn aylıq gəlir 100 manat olarsa, onun üzrəinə 1 manat da əlavə edib sosial sığorta xərclərinə, 5% gəlir vergisinə ödənilməlidir. Minimum əmək haqqı artasra 100 manata daha çox əlavə etmək lazım gələcək). Problem var idi. Amma onun bu yolla həlli şəksiz ki, mikrosahibkarlığa ağır zərbə olacaq. Bəzi ekspertlər yenə də qonşu ölkələrdə hesab açıb vergiləri başqa dövlətin büdcəsinə ödəyəcək. Mənim kimilər isə VÖEN-i dondurmaqla kifayətlənəcək...".
Sosial media istifadəçisi Cəsarət Hüseynzadə isə belə bir açıqlama ilə çıxış edib: "Vergi Məcəlləsinin 102.1.30. maddəsində yazılır ki, "...müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. 
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır...".
İndi qalır İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidməti rəsmilərinin bu və ya digər suallara rəsmi izahı...
A.Məmmədli 
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN