booked.net booked.net  

PROFESSOR SALEH MƏMMƏDOV NOVXANIDA SAATLARLA ELEKTRİKİN KƏSİLMƏSİNDƏN ŞİKAYƏTÇİDİR

Novxanıda yenə 3 saata yaxındır ki, elektrik kəsilİB. Sanki, Sovet dövründə olduğu kimi, 2-3 gündən bir işıqlar yoxa çıxır.

Bu sözləri professor Saleh Məmmədov sosial şəbəkə hesabında yazıb.

Saleh Məmmədov “Azərişıq”ın xəbərdarlıqsız, həm də saatlarla qəsəbə sakinlərini işıqsız qoymasından, qəsəbədə problemlərin olmasından, eyni zamanda, dərdlərini kimə deyəcəklərini bilmədiklərindən, çarəsiz qaldıqlarını qeyd edib.

““Barmek” çox uğurlu sistem qurmuşdu, heç elektrik kəsintisi olmamışdır. “Barmek” ölkədən çıxarılandan və bu işin Azərbaycan məmurlarına keçən vaxtdan sonra qara günlər başladı. Virtual dünyaya keçid ərəfəsindəyik. Rəqəmsal sistemin işləməsi elektriklə bağlıdır. Bir saat belə kəsinti böyük problemlər yaradır, gündəliyə düşəndə isə heç işləmək olmur. Su təchizatı ilə də eyni problemlər yaşanır, su kəsintisi də adi hal almışdır. Heç olmasa xəbər də vermirlər. Bir yalnız “Azəriqaz” sivil sistem qurub, əvvəlcədən xəbər verir ki, həmin vaxtda qaz olmayacaq - məlumat media, WhatsApp qrupu vasitəsilə çatdırılır. Elektrik kəsintisində isə nə telefon, nə email, nə qaynar xətt vasitəsilə sorğulamaq da olmur”, - deyə professor əlaqədar qurumlara iradını bildirib.

Yəqin ki, professorun şikayəti əlaqədar qurumların da qulağına çatar və Novxanıda işıq və su problemi olmaz.

 

 

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN