"Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir.".

 

***

Azərbaycan Prezidentinin Münhendə ABŞ-ın bir sıra rəsmiləri ilə görüşündən sonra Azərbaycan energetika naziri Vaşinqtonda səfərdədir.

Müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin normallaşma mərhələsinə keçə biləcəyini göstərir.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabındakı paylaşımda bildirib.

O, vurğulayıb ki, rəsmi Vaşinqton Cənubi Qaz dəhlizinin genişlənməsinə dəstəyini nümayiş etdirib.

"Bu isə o deməkdir ki, bir sıra beynəlxalq qurumların Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji iş birliyi ilə bağlı qərəzli və ikili standartlara əsaslanan çağırışlarına baxmayaraq, ölkəmiz ilə Qərb arasında əməkdaşlıq daha da güclənməkdədir.

ABŞ-ın Cənubi Qafqazın ötürmə qabiliyyətinin genişləndirilməsinə dəstəyi iqtisadi-maliyyə yanaşma olmaqla bərabər, həmçinin bir mesajdır. Bu, eyni zamanda, Azərbaycanın xarici siyasətdə yeni bir uğuru kimi də qiymətləndirilməlidir", - deyə o, diqqətə çatdırıb.

İqtisadçı onu da xatırladıb ki, Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə almağı planlaşdırır və bu mənada, Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir:

"Qeyd edək ki, ötən il Azərbaycan Avropa İttifaqına 12 milyard kub metrə yaxın mavi qaz ixrac edib. Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 2 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi daha güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir".

 

Vüqar Bayramov ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsinin də artmasına diqqət çəkib. 

"Digər tərəfdən, Azərbaycan ilə ABŞ arasındakı iqtisadi əlaqələr də güclənməkdədir. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 59,0% artaraq 904 milyon dollara çatıb. Bu il dövriyyənin daha da artırılması üçün yeni imkanlar yaranmaqdadır", - iqtisadçı ekspert qeyd edib.

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN