booked.netbooked.net booked.net  

Ermənistan Baş Prokurorluğu Ermənistan Atom Elektrik Stansiyasının sabiq baş direktorunu xüsusilə iri məbləödə oğurluqda ittiham edir.

İstintaq müəyyən edib ki, 2002-2014-cü illərdə stansiyanın direktoru olmuş Qaqik Markosyan cinayət yolu ilə 380 milyon dram və ya 1 milyon dollardan çox pul əldə edib.

Təfərrüatlara gəlincə, onun 2011-ci ildə atom elektrik stansiyası üçün lazımsız olan armatur dəsti aldığı məlum olub. Həm, natamam (cəmi 14 ədəd), həm də şişirdilmiş qiymətə (33,54 milyon rubla).

Nəticədə bu armatur istifadə müddəti bitənə qədər anbarda qalıb. Artıq 2015-ci ildə stansiyanın ehtiyaclarını ödəmək üçün tam dəst alınmalı olur: 37 ədədinə 592.000 dollar ödənilir.

Ermənistan AES-nin sabiq baş direktoru barəsində dekabrın 22-də cinayət işi başlanıb və tezliklə iş Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə verilib.

Yanvarın sonuncu günü Markosyana qarşı ittiham irəli sürülüb.

Əslində bu məsələnin Markosyanın həyatında ilk hadisə olmadığı deyilir. Beləki,  2016-cı ildə o və AES rəhbərliyinin digər keçmiş üzvləri xüsusilə böyük miqyasda daha bir mənimsəmədə ittiham olunublar.

Görünür, Ermənistanın AES rəhbəri o zaman “sudan duru çıxmağa” müvəffəq olsa da, "armatur fırıldağı"na görə yaxasını ələ verəsi olub...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN