booked.netbooked.net booked.net  

Bu gün Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya hökmdən azad edilməsi ilə bağlı tərəflərin yekun nitqi söyləniləcək.

Bundan sonra isə hakim Qiorqi Arevadze, məsələ ilə bağlı qərarını elan etməlidir. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu sözləri Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib. O, bu gün məhkəmənin tarixi qərar verəcəyinə ümid etdiyini bildirib: “Biz yekun sözümüzü deyəcəyik və hakim qərarını elan edəcək. Ümid edirik ki, bu, tarixi qərar olacaq. Onun həyatı və Gürcüstanın gələcəyi bu qərardan asılıdır. İttihamçı tərəfin və penitensiar xidmətin təqdim etdiyi mövqeyə gəlincə, onlar Samxaraulinin saxta hesabatından başqa heç bir şey təqdim etməyiblər”.

Hazırda beynəlxalq hüquq müdafiəçilərinin də diqqəti məhkəmənin hansı qərarı verəcəyinə köklənib.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN