booked.netbooked.net booked.net  

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndin 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Tezadlar.az-a bildirib ki, dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN