booked.netbooked.net booked.net  

Azərbaycanda son illər məişət zəminində baş verən cinayət hadisələrinin statistikasında ölümlə nəticələnmə getdikcə artmaqdadır...

Bu cür hadisələr təəssüflər olsun daha çox bölgələrdə yer almaqdadır... Belə ki, noyabrın 22-si saat 18 radələrində Göyçay rayonu Bəydövil kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay rayon prokurorluğundan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sual olunur: doğrudanmı əyalətlərdə məişət xarakterli söz-söhbəti davaya çevirən, özü də bir- birini yaxından tanıyan, bəzən qohum olan iki tərəf arasındakı mübahisələrdə onları barışdıran, sülhə, barışa gətirən də yoxa çıxıb? Axı adi bir səbrsizlik sonda iki ailəni, nəsli bir- birinə düşmən edir... Sonrakı peşmançılıq isə fayda vermir...
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN