booked.netbooked.net booked.net  

Şəmkir rayonunda arvadı və qızını öldürməkdə təqsirləndirilən Elməddin Həsənovun məhkəməsi başlayır.

Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyunun 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 13-də Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin gün təxminən saat 07 radələrində 1988-ci il təvəllüdlü E.Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə vəziyyətdə olan arvadı, 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənovaya və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.8-ci və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.

E.Həsənov tutularaq istintaqa cəlb olunub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN