booked.netbooked.net booked.net  

İstanbul, İzmir və Barselona suyun altında qalacaq.

Pin It

24 avqust

  • 944— Ruslar Bərdə şəhərini ələ keçirmişlər.
  • 1690— Hindistanın Kəlkütə şəhərinin əsası qoyulmuşdur.
    Pin It

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Pin It

23 avqust

  • 1514— Çaldıran döyüşü baş vermişdir.
  • 1866— Praqa müqaviləsi nəticəsində Avstriya-Prussiya müharibəsi bitdi.
  • 1914— Birinci Dünya müharibəsi: Yaponiya Almaniyaya müharibə elan edir.
  • 1939— Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalanmışdır. Məhz bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım olmuşdur.
  • 1942— İkinci Dünya müharibəsi: Stalinqrad döyüşü başlamışdır.
  • 1943— İkinci Dünya müharibəsi: Xarkov şəhəri azad edilmişdir.
  • 1944— İkinci Dünya müharibəsi: Marsel şəhəri azad edilmişdir.
  • 2000— Bəhreyn yaxınlığında, İran körfəzində təyyarə qəzası nəticəsində 143 nəfər həyatını itirmişdir.

23 avqust 634-cü ildə Məhəmməd peyğəmbərin ilk xəlifəsi Hz. Əbu Bəkir 63 yaşında vəfat etdi.

***

1305-ci ilin 23 avqust tarixində “Cəsur ürək” filminə də mövzu olan şotlandiyalı vətənsevər Sör Vilyım Vallas (Sir William Wallace) Londonda işgəncə verilərək öldürüldü.

***

23 avqust 1514-cü ildə Yavuz Sultan Səlim komandirliyindəki Osmanlı ordusu Çaldıran müharibəsində Şah İsmayılın ordusunu məğlub etdi.

***

23 avqust 1921-ci ildə Azadlıq Müharibəsinin ən çətin hərblərindən biri olan Sakarya Meydan müharibəsi start götürdü.

***

23 avqust 1923-cü il tarixində Türkiyə Böyük Millət Məclisi (TBMM) Lozanna müqaviləsini təsdiqlədi.

***

1925-ci il avqustun 23-də Cümhurbaşqanı Mustafa Kamal Atatürk Kastamonuda Şapka və Qiyafət inqilabını başlatdı.

***
 23 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı  “Molotov-Ribbentrop paktı” imzaladı. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürdülər. Lakin Almaniya tərəfi bu razılaşmanı pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi.

***

23 avqust 1942-ci ildə 2-ci Dünya müharibəsinin taleyini dəyişən Stalinqrad döyüşü başlandı.

***

23 avqust 1990-cı ildə Qərbi Almaniya ilə Şərqi Almaniya oktyabrın 3-də birləşəcəklərini elan etdilər.

***

23 avqust 1993-cü ildə Azərbaycanın Füzuli və Cəbrail rayonları Ermənistan ordusu tərəfindən işğal olunub. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. 

 

***

23 avqust 2000-ci ildə “Gulf Air”ə məxsus sərnişin təyyarəsi Bəhreyn yaxınlığında Bəsra körfəzində qəzaya uğradı; 143 nəfər həlak oldu.

***

23 avqust 2005-ci ildə Peruda sərnişin təyyarəsi qəzaya uğradı; 41 nəfər öldü.

1993-cü il. Azərbaycanın Füzuli və Cəbrayıl rayonları Ermənistan ordusu tərəfindən işğal olunub. Hər iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi mülkləri talan olunub, Azərbaycanın tarixi memarlıq abidələri məhv edilib. Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. Azıxda aşkar olunan maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin İnsan Muzeyində “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilib. Cəbrayıl rayonunda 14 mindən çox daşınmaz əmlak, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altındadır.

2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Respublikasının Füzuli rayonu və Füzuli şəhəri uğrunda Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər n’tic’sind’  Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edildi.

Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi və Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa edildi.

Indi dövlət proqramına əsasən Füzuli və Cəbrayıl rayonlarında böyükbərpa və quruculuq işləri gedir. “Böyük qayıdış” planını silsiləli şəkildə reallaşır, yeni yollar tikilir, yaşayış məskənləri salınır.  Füzulidən Şuşaya yol çəkilir, Cəbrayılda “ağıllı kənd” layihəsi üzrə evlər inşa edilir. Dünən verilən rəsmi xəbərlərdə Füzuli Beynəlxalq aeroportunun tikintisinin başa çatması və aeroporta ilk sınaq uşunun həyata keçməsi barədə məlumat verildi.

Bəli, Füzuli, Cəbrayıl daha işğal altında deyil. Füzuli də, Cəbrayıl da yenidən qurulacaq və daha da gözəl olacaq.

2008-ci il. Xüsusi dövlət mühafizə xidməti işçiləri günü qeyd olunur. Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib.

1939-cu il. Faşist Almaniyası Sovet İttifaqı ilə “Molotov-Ribbentrop paktı” imzalayıb. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürüblər. Lakin Almaniya tərəfi bu razılaşmanı pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi.(3)

***

1943-cü il. Görkəmli kinorejissor və aktyor, Xalq Artisti Şahmar Ələkbərovun doğum günü (1943-1992).

Ş.Ələkbərov Azərbaycan kinosunda Qəzənfər ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək") və digər yaddaqalan obrazlar yaradıb. İlk rejissor işi Gülbəniz Əzimzadə ilə birgə "İmtahan" filmi olub (1987). Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir. яндекс

Şakir QURBANOV

 

Pin It

Rusiyada silahlı insident qeydə alınıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA