booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, Venesuelanın beş ştatında güclü yağışlar təbii fəlakələtlərə səbəb olmuş, evlər su altında qalmış, əhali arasında ölənlər var.

Pin It

Özünü Donetsk Xalq Respublikası elan edən Xalq Şurasının (Parlament) deputatı Alexander Bykadorov Qərbin Ukraynaya marağının yaxın zamanda itdiyini açıqlayıb.

Pin It

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

Pin It

Rusiyada koronavirus pandemiyası dövründə infeksiyadan ölənlərin sayında yeni antirekord qeydə alınıb.

Pin It

26 avqust

  • 837— Xürrəmilərin sığınacağı olan Bəzz qalası süqut etdi.
  • 1071— Səlcuq hökmdarı Alp Arslanın başçılıq etdiyi ordu, Bizans ordusunu məğlub edərək, Malazgird döyüşündə qələbə qazandı.
  • 1789— Fransa Parlamenti "İnsan və Vətəndaş Haqları Bəyannaməsi"ni qəbul etdi.
  • 1847— Liberiyanın müstəqilliyi elan edildi.
  • 1918 - Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvələri arasında Bakı uğrunda vuruşlar başlamışdır.
  • 1920— ABŞ-da qadınlara seçkilərdə iştirak etmək hüququ verən konstitusiya düzəlişi qüvvəyə mindi.
  • 1936— Böyük Britaniya Süveyş kanalını öz nəzarətində saxlamaqla Misirə müstəqillik verdi.
  • 1957— İlk tranzistorlu radio satışa çıxdı.
  • 1978— I İoann Pavel Roma Papası seçildi.

Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.
Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.

Mehriban Əliyeva 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs” jurnalını təsis edib.

O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

***

Cəmşid Cəfərqulu oğlu Naxçıvanski (1895-1938)

Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1938-ci ildə sürgündə qətlə yetirilmişdir.

Cəmşid Naxçıvanski 1895-ci ildə Naxçıvan şəhərində baliqci və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Cəmşid Naxçıvanski 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir . Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, "2-ci Müqəddəs Anna" ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi fəaliyyəti
15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan
"Sentrokaspi diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçmişdir. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdu.
Repressiyaya məruz qalması və güllələnməsi
XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbali xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtmişdir.) sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi. O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu.
C.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

***

Həsən Ağaməmməd oğlu Məmmədov (1938-2003)

Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti , SSRİ) və Azərbaycan Dövlət mükafatları laueratı Həsən Ağaməmməd oğlu Məmmədov 65  yaşında vəfat etmişdir.
Həsən Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləmişdir. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir.[2] H.Məmmədov 50-dən çox filmdə çəkilmişdi.

1962-ci ilin 10 sentyabrda bu qədim sənət ocağının aktyor truppasına üzv olmuşdur. Bu ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar olaraq müxtəlif müddətlərə dəfələrlə teatrdan işdən çıxmış və yenə kollektivə qayıtmışdır.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun "Gülüstanda qətl" (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, "Azərbaycanfilm"də istehsal olunmuş "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bizi bağışlayın" (Nəriman), "Birisi gün gecə yarısı" (Baba Əliyev), "İstintaq" (Murad), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa Şadlinski), "Sevil" (Balaş), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Bir cənub şəhərində" (Murad), "Qızıl qaz" (Fərman), "Bakıda küləklər əsir" (General), "Alma almaya bənzər" (Qurban), "Səmt küləyi" (Əlibala), "İstintaq davam edir" (Əzimov), "Şahid qız" (Polkovnik), "Qəm pəncərəsi" (Məmmədhəsən əmi), "Papaq" (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət" (Əlimurad), "Zirvə" (Kamil) filmlərində aparıcı rollar oynamışdı.
Həsən (Əbülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il 18 noyabrda Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdü. "İstintaq" bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilmişdi. 1970-ci ildə Respublika Lenin komsomolu mükafatı laureatı olmuşdu.

***

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN