booked.netbooked.net booked.net  

Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlamışdır. Tezadlar.az Medianın İnkişafı Agentliyinin rəsmi saytına istinadla bildirir ki, Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən “ASAN Login” vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər. Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla buradan https://youtu.be/0d_ibcDUYOk tanış ola bilərsiniz. Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.
Jurnalistlərimizə uğurlar arzulayırıq.
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN