Prezident İlham Əliyev həmişə çağırış edir ki, keyfiyyətli kadrlar irəli çəkilsin, rüşvətxorluq, ələbaxımlılıq yığışdırılsın...
Onun çağırışları şəxsən mənim üçün, ailəm üçün bir vazkeçilməz əmrdir və biz düşünürük ki, olduğumuz yerdə mütləq bu çağırışlara uyğun işləyək.
Amma nəticə nə olur? Nəticə o olur ki, başımızın üstündəkilər bizi də özləri kimi gözükölgəli etmək üçün min cür oyundan çıxırlar!
Çünki özləri xirtdəyə kimi rüşvətin-haramın içindədirlər!
Çünki özlərinin mayası-xəmiri bu haramla yoğurulub!
Bu haramzadalara anladırıq və anlatmağa da davam edəcəyik ki, bizi öz bataqlığınıza çəkə bilməyəcəksiniz!
Sizdən fərqli olaraq bizim üçün vəzifə, kreslo təmiz adımızdan üstün-artıq deyil!
Biz yetim-yesirin göz yaşları ilə yoğurulmuş sərvət hesabına saraylarda yaşamağı deyil, təmiz adımızla qazandığımız kasıb komamızda yaşamağı üstün tuturuq!
Əlbəttə, bunu sizin kimilər anlamaz!
Bizim də anlamadığımız bir şey var: necə olur ki, siz həddinizi aşaraq cənab Prezidentin o çağırışlarını qulaqardına vurub bizim kimi adamlara meydan oxuyacaq cəsarəti tapırsınız?
Azər HƏSRƏT,
Əməkdar jurnalist, QHT rəhbəri
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN