Elə aşpazlar görmüşəm ki, pensiyaya çıxdıqdan sonra acından ölürdülər – yeməyin içində olan adamlar...

Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib

“Dövlət Turizm Agentliyinə məktub yazaraq rica etdim ki, kitabın ikinci müəllifi Oruc Əliyevin pensiya yaşı çatıb ("İrəvan xanlığı bölgə mətbəxi" Oruc Əliyev və Aygül Əsgərova).

 Və özləri də bilir, məktubda da qeyd etmişdim ki, mənə heç nə lazım deyil. Oruc Əliyevə isə təkcə birinci yeri tutmuş kitaba görə deyil, indiyədək çəkdiyi zəhmətinə-əziyyətinə görə dəyər verilsin – fərdi pensiya təyin olunsun. Və Aygül xanım da gənc kulinarımızdır həvəsləndirilsin. Çünki elə aşpazlar görmüşəm ki, pensiyaya çıxdıqdan sonra acından ölürdülər – yeməyin içində olan adamlar...

Həm də prezidentin bu kitaba mükafat verməyi də yayılacaqdı, bu, həm də təbliğat idi: digər nazirliklərin, səfirliklərin diqqətini çəkəcəkdi. Bu iş daha da irəliləyəcəkdi. Amma yenə də həmişəki cavabı verdilər... Bundan sonra daxildən və xaricdən mənə qarşı təzyiqlər çoxalmağa başladı”,- deyə dünyaca məşhur kulinar vurğulayıb.

 O, diqqətə çatdırıb ki, həmin mükafatı verən təşkiladan birinci mükafatı- Stalik Xankişiyevin  (Onun Azərbaycan mətbəxi haqqında “Bazar, qazan və dəstərxan” kitabı “İyirmi ildə milli mətbəx haqqında ən yaxşı kitab” nominasiyası üzrə qalibi olub. “Kazan, kulinarnıy samouçitel” kitabı 2015-ci ildə “Qurman” kulinariya kitabları beynəlxalq müsabiqəsində birinci yeri tutub. “Plov, kulinarnoye issledovaniye” kitabı isə  həmin müsabiqənin milli mətbəx haqqında ən yaxşı nominasiyasında qalib gəlib -red) kitabına görə almışdıq.

“Bu işdə Mehriban xanımın (vitse-prezident Mehriban Əliyeva) çox böyük dəstəyi olmuşdu. Maliyyəni Heydər Əliyev Fondu ayırmışdı. Və mən Azərbaycandan musiqiçiləri, müğənniləri, rəqqasları, kulinarları... Fransaya apardım. Daha sonra Çeçenistan hökuməti Stalik Xankişiyevi dəvət edib, kitab hazırlatdı və həmin kitab da dünyada güclü rezonans yaratdı. İndi də Tatarıstan prezidentinin dəvəti ilə tatar mətbəxini yaradır.

stalik-xank

Stalik Xankişiyev Azərbaycana gəlmişdi və bunu heçnəsiz edirdi, Azərbaycanda lazım olmadı...Görünür, o mənim dostumdur deyə ona kömək etməz olmaz...

Mən dövlətimi, xalqımı, Allahımı sevən adamam və daima prezidentimin arxasında olmuşam. 44 günlük Vətən müharibəsində də getdim. Mənə dedilər, getmə. Dedim ki, niyə getmirəm? Mənim aşpazlarım ordadır. Şuşada asılan ilk bayraq Azərbaycan və Türkiyə bayraqlarından sonra Milli Kulinariya Assosiasiyasının bayrağı olub. Qəribə bir təzaddır... Mən heç zaman vəzifə istəməmişəm, pul-mükafat istəməmişəm. Şəxsən özüm üçün heç nə istəməmişəm.

Mənə verilən ordenin də, mükafatın da yükü ağırdır. Hələ də çalışıram ki, mənə verilən avansı doğruldum. Düzdür, əlimdən o imkanlar alındı, amma yenə də çalışıram ki, doğruldum”.

JASMİN

Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN