Neftçilərin Hüquqlarını Müdafiə Birliyinin sədri Mirvari Qəhrəmanlıya göndərilən bu şikayətdə adı çəkilməli məmurların əməllərinə nə deyəsən! Bu şikayəti "28 may" NQÇİ- nin 3 saylı NQÇS-dən (yəni, DDÖ-3) yazıblar. Susuzluqdan "ölən" neftçilər yazır: "Salam, Mirvari xanım, bağışlayın sizi bu gecə vaxtı ( yəni 03. 44-də M.Q)) narahat edirəm. Amma həqiqətən də biz boğaza yığılmışıq. 3 saylı Dərin Dəniz özülündə su problemi bitmək bilmir. Su çənlərində 30-40 ton su var, 5 gündür hamamları bağlayıblar çimməyə icazə vermirlər. Bəhanə də onu gətirirlər ki, su yoxdu. Axı su var 30-40 ton su var. Dənizin ortasında bu ağır iş qrafikində neyləyək, necə eləyək, axı biz fəhlələrin günahı nədir? Platformanın rəisi Şahin Əliyev gestapo rejimi yaradıb burda, nə vaxt işə gəlir dərhal hamamları bağladır. Amma 2 gündən bir özü öz otağındakı hamamda çimir. Biz yazıq fəhlələr gecə -gündüz demədən işləyirik, iş qurtarandan sonra hamamı açıb çimmək istəyirik, bunu deyəndə "su yoxdur" deyir. Hər ay belədir bu 3 saylı platformada su problemi, heç vaxt həll olmur. Allaha and olsun bədənimiz səpib allergiya vermişik əməlli başlı. İyrənirik özümüzdən artıq. Nə paltar yumağa icazə verilmir, nə də çimməyə. Amma rəis özü bu gün qəşəngcənə geyinib keçinib üz -başını qırxıb, duxu da vurub getdi evinə.( həmişə təmizlikdə rəis M.Q) Xahiş edirəm bunun bir yolunu tapmağa köməklik edin bizə. Ayın 8 -dən su üzü görmürük. Çənlər doludur, hərəsində 15-15 ton su var, açmırlar krantları. Burda HİX-in rəis müavini Məhəmməd İbrahimov var, platformanın rəis müavini Şahin Əliyev var, bütün mühəndislər yuxarıda otağlarında çimirlər, biz fəhlələr, QƏYTS -in fəhlələri, TQB-3 -ün fəhlələri su üzünə həsrət qalmışıq. Mühəndislər geyinir -keçinir, üz başı tərtəmiz gəzirlər, biz fəhlələr itin zülmünü çəkirik. Allaha and olsun biabırçı günündəyik... Bizə kömək edin, bir çarə tapılsın bu problemə...".
"Təzadlar"dan: inanırıq ki, bu problem tezliklə həllini tapacaq. Necə ola bilər ki, iş həyatı suda (dənizdə) keçən fəhlələri su ilə imtahana çəkirlər. Texniki suyu da işçilərə çox görməkolverilməzdir, ayıb işdir...
"Təzadlar"
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN