General-polkovnik Elçin Quliyevin əmri ilə qəzetin baş redaktoru Asif Mərzili və jurnalist Elçin Məmmədli «Hərbi sahədə əməkdaşlığa görə» Medalı ilə, «Təzadlar» qəzetinin kollektivi isə əməkdaşlıqdakı xüsusi xidmətlərinə görə «Fəxri Fərman»la təltif edildi...

 Dəyərli oxucular yəqinki xatırlayar, Avstraliya Parlamenti 2020-ci ilin oktyabrın 8-də qondarma «DQR»ın tanınması barədə müzakirələrə başlamışdı. Həmin vaxt Qarabağda şiddətli döyüşlər gedirdi. Qəzetin baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili beynəlxalq media statusundan istifadə edərək ermənilərin 1828-ci ildə İran və Türkiyədən Qarabağa köçürülmələrini sübut edən rəsmi qaynaqları ingilis, rus və fransız dillərində Avstraliya Parlamentinin rəhbərliyinə göndərərək belə bir müzakirənin yolverilməzliyini diqqətə çatdırmışdır… İki gün sonra Avstraliya Parlamentinin Baş Ofisindən redaksiyaya elektron məktub daxil oldu. Məktubda digər zəruri tarixi sənədlərin də göndərilməsi xahiş edilirdi. Asif Mərzili bunları da yerinə yetirdi… Bununla da Avstraliya Parlamenti «DQR» müzakirələrini dayandırdı. 2020-ci ilin noyabrın 8-də isə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal edilmiş ərazilərimizi düşməndən azad edərək ermənilərin bölgədə ikinci erməni dövləti qurmaq arzularını puça çıxarmış oldu.

***

 …2022-ci ilin sentyabrında Avstraliyanın «defenceconnect. com.au» jurnalında Azərbaycanla bağlı olduqca maraqlı bir yazı yayımlanmışdı (bu barədə redaksiyaya ilk məlumatı verən isə professor Saleh Məmmədov idi). Dünyada tanınan yüksək rütbəli hərbi mütəxəssisin müəllifi olduğu yazıda (https://www.defenceconnect.com.au/key-enablers/7826-from-armenia-and-azerbaijan-what-can-australian-learn “HAVA MÜBARİZƏSİNİN GƏLƏCƏYİ” (“THE FUTURE OF AIR FİGHTING”) deyilirdi: “...Təəssüf ki, Avstraliya olaraq biz təkcə əhalinin say baxımından deyil, həm də texnologiya cəhətdən çoxlarından geridəyik… Müasir hərbi nəzəriyyəçilər üçün texnologiyanın ənənəvi hərbi strategiyanı və adi döyüş taktikasını necə həyata keçirdiyini başa düşmək üçün Azərbaycan-Ermənistan münaqişəsinə baxmaq çox vacibdir. Polşanın İkinci Dünya Müharibəsindəki süvari ittihamlarını xatırladan bir müharibə teatrını göz önünə gətirərək Ermənistan ordusunun və hava qüvvələrinin Azərbaycanın pilotsuz təyyarələrinin dağıdıcı təsirini və müasir döyüşlərdə necə üz-üzə qaldıqlarını qiymətləndirməliyik. Maraqlıdır ki, müharibənin başlanğıcında Azərbaycan Sovet dövründəki “kukruznik” adlandırılan «AN-2» təyarələrini PUA-ya çevirdi və bu təyyarələr Ermənistanın hava hücumundan müdafiə sistemlərinin gizli yerini müəyyən etmək üçün yavaş-yavaş erməni hava məkanından da keçdi. Daha sonra Azərbaycanın başqa yerdə pusqu qurmuş PUA-ları bu erməni hava hücumundan müdafiə sistemlərinin yerini müəyyənləşdirib dərhal məhv edə bildi. Müharibənin hər bir tərəfi əsl itkinin miqyasını etiraf etməsə də, “NATO-nu qorxudan» “İsgəndər” raketindən ibarət müdafiə sistemləri bu PUA tərəfindən məhv edilmişdir. Azərbaycanın PUA kamikadzeləri taktikasının sadəliyi nəinki ermənilər tərəfindən tətbiq olunan ən müasir rus texologiyasını aşa bildi, həm də daha ucuz başa gələn idi… Azərbaycan mənşəli bu pilotsuz təyyarə strategiyasının qüsursuzluğu və sadəliyi hərbi nəzəriyyəçilər tərəfindən ənənəvi müharibəyə ucuz və yeni texnologiyaların tətbiq edilməsinin qızıl standartı kimi öyrənilməlidir. Avstraliyanın düşmənlərinə qarşı məhz bu dərslərdən istifadə etməliyik...”. 

avstr-jur

https://tezadlar.az/index.php/en/agenda/11427-qarabag-muehari-b-si-kukruzni-k-l-ri-ni-n-mue-lli-fi-general-elci-n-quli-yev

https://tezadlar.az/index.php/en/video-news/journalists/asif-memmedov/19794-avstrali-yanin-nufuzlu-portalinda-az-rbaycanin-kukruzni-k-t-crub-si-numun-c-ki-ldi

medal-2

«Təzadlar» olaraq hələ o vaxt geniş araşdırma məqaləsi yazaraq xatırlatmışdıq ki, «Kukruznik»lərin ideya müəllifliyi isə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyevə məxsusdur. Və bu barədə məqalənin qısa məzmununu hazırlayıb yuxarıda adı çəkilən jurnala (portala) göndərmişdik… «Təzadlar» həmin vaxtdan daim ermənilərin tərifinə geniş yer verən portalla informasiya mübadiləsini davam etdirir və Azərbaycan və Qarabağ həqiqətlərini mümkün qədər portal rəhbərliyinin diqqətinə çatdırır (son bir neçə ildir ermənilərin tərifinə rast gəlmirik)… Sonradan portalın müdiriyyəti «Təzadlar»a Azərbaycanla bağlı bir maraqlı məqalənin linkini göndərmişdir. Liam Garman-ın müəllifi olduğu «Avstraliyalılar Ermənistan və Azərbaycanın müharibə dərslərindən nə öyrənə bilər?» başlıqlı məqalədə görün nələr işıqlandırılmışdı. Sitat: «…Müharibənin təbiəti dinamikdir. Fərqli ərazilərin, düşmənlərin, vəziyyətlərin, ideologiyaların və texnologiyaların yaratdığı çətinlikləri dəf etmək üçün özünü sonsuzca yeniləyir. Gəlin bu əsas sahələrdən yalnız birinə diqqət edək: texnoloji dəyişiklik. Sadə dillə desək, 21-ci əsrdə texnoloji dəyişikliklərin sürəti onlarla yeni döyüş hədəfləri  yaratdı ki, onların çoxu adi döyüş qüvvələri tərəfindən aşılmazdır. Kiber və informasiya sferalarını nəzərə almasaq, texnologiyanın havadan daha çox əhəmiyyət kəsb etdiyinə dair bir neçə nümunə var. Hal-hazırda, hava döyüşləri  kamikadze PUA vasitələri də daxil olmaqla, pilotlu və pilotsuz uçuş aparatlarının simbiozu səbəbindən ömür boyu bir dəfə olan strateji və texnoloji transformasiyanın astanasındadır. Konvensional mənada, bu, Ermənistanın adi döyüşən qüvvələrinin texnoloji cəhətdən üstün olan döyüşkən Azərbaycanlıların meydan oxuduğu və əhəmiyyətli dərəcədə düşməni küncə sıxışdırdığı - son Azərbaycan-Ermənistan münaqişəsi zamanı mübahisəsiz olaraq ilk dəfə müşahidə edildi. Həqiqətən də, Ermənistanın bahalı adi silahları bu döyüşlərdə rəqabət apara bilmədi və beləliklə, daha ucuz və dəyişdirilə bilən Azərbaycan PUA-ları (OXU: yuxarıda bəhs edilən və Sovet dövründəki “kukruznik” adlandırılan «AN-2» təyarələrinin «F-16»ya maketlənməsini nəzərdə tutur.Red.) tərəfindən məğlub edildi. Dərs sadədir: adi ordunun nə qədər güclü olmasından asılı olmayaraq, texnoloji dəyişikliklərin sürəti birliklərin, texnikanın və strategiyaların artan sürətlə əvəzlənməsini təmin edir və müasir ordular üçün resurslar portfelini şaxələndirmək vacibdir. Beləliklə, Avstraliya Azərbaycanın bu müharibə nümunəsindən necə öyrənə bilər?  Birincisi, bəzi perspektivləri təmin etmək üçün ADF-ni ən yaxın qonşularımızdan birinin ordusu ilə müqayisə edək. Avstraliyada təxminən 80,000 aktiv və ehtiyat müdafiə qüvvəsi personalı olduğu halda, İndoneziyada (müqayisə üçün) 400,000 ehtiyatda olan 400,000 fəal hərbi personal var. Bu arada, Avstraliyanın 59 tankdan ibarət bir arsenalı İndoneziyanın 300-500 tankı qarşısında solğundur (rəqəmlər mənbəyə görə dəyişir). Təəssüf ki, Avstraliya üçün biz təkcə say baxımından deyil, həm də texnoloji cəhətdən zəifik. İndoneziya ilk silahlı PUA-larını 2019-cu ildə alıb və prezident Coko Vidodo artıq 2022-ci ilə qədər uzun mənzilli hərbi pilotsuz təyyarələrin yerli istehsalını sürətləndirmək arzusunu ifadə edib. Amma acı da olsa, təkərlərimiz hərəkətdə olarkən, biz rəqiblərimizdən geri qalırıq. Texnoloji və strateji dəyişikliklərin sürəti Avstraliya kimi ölkələrə unikal imkanlar verir. Həqiqətən, Avstraliyanın əhali baxımından rəqabət apara bilmədiyi yerdə - biz müasir müharibənin özünəməxsus xüsusiyyətlərini möhkəm şəkildə dərk etməliyik…».

 

XATIRLATMA: «Defence Connect» (www.defenceconnect.com.au) Avstraliyanın müdafiə və milli təhlükəsizlik sektorlarının əlaqəsini artırmağa yönəlmiş media və bazar kəşfiyyatı platformasıdır, eyni zamanda müdafiə sənayesinin İkinci Dünya Müharibəsindən bəri bacarıqların artırılmasına ən böyük xərclərdən bəhrələnərək kapitallaşmasına kömək edir.

***

Beləliklə, «Təzadlar» Azərbaycan mediasında ilk dəfə olaraq Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik Elçin Quliyevin ideya müəllifi olduğu «kukruznik»lərimiz barədə Avstraliyanın nüfuzlu portalında gedən məqalələrin ölkə ictimaiyyətinə çatdırılmasını, eləcə də «kukruzniklər» ideyasının necə meydana çıxması barədə geniş məlumatları oxuculara çatdırdıq. Həmin yazılar həm də Asif Mərzilinin köşə yazarı olduğu Türkiyə saytlarında da işıqlandırılmışdır və s.

***

…Bu gün isə Azərbaycanın Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin rəhbəri, polkovnik Avtandil Abbasov «Təzadlar»ın baş redaktoru Asif Mərzilini və əməkdaşımız Elçin Məmmədlini Azərbaycanın Dövlət Sərhəd Xidmətinin  Baş İdarəsinə dəvət etmişdir. Məlum olmuşdur ki, General- polkovnik Elçin Quliyevin əmri ilə qəzetin baş redaktoru Asif Mərzili və jurnalist Elçin Məmmədli «Hərbi sahədə əməkdaşlığa görə» Medalları, «Təzadlar» qəzetinin kollektivi isə «Azərbaycan Sərhəd Mühafizəsinin 104-cü ildönümü münasibəti və Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə» «Fəxri Fərman»la təltif edilmişdir.

 Bu mükafatlar Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi tərəfindən Asif Mərziliyə və Elçin Məmmədliyə təqdim olunmuşdur.

 Jurnalistlərin və kollektivimizin əməyinə yüksək qiymət verdiyinə görə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, General-polkovnik cənab Elçin Quliyevə və rəhbər heyyətinə dərin minnətdarlığımızı bildiririk!

Qarabağ Azərbaycandır!

JASMİN

medal-8

medal-5

 elcin-medal-2

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN