booked.netbooked.net booked.net  

Qarabağ Dirçəliş Fondu "Qarabağın Dirçəlişi: Faciədən Zəfərə" adlı kitab buraxdırır... Kitabın nəşrinə 1 milyon 179 min manat pul ayrılması sosial mediada ciddi narazılıqla qarşılanmaqdadır. Hamı şokdadır ki, bir kitaba bu qədər vəsait ayrılması nə dərəcədə qanuna, reallığa və məntiqə uyğundur? 
Məlum olur ki, Fond rəhbərliyi Dubayda qeydiyyatdan keçdiyi bildirilən "Media Prima Advertising" şirkəti ilə müqavilə də bağlayıb...
 Maraqlıdır ki, Azərbaycan Prezidentinin çıxış və beynəlxalq görüşlərindən bəhs edən yüksək çap ilə ərsəyə gələn kitablar Bakıda çap olunduğu halda, bu kitabın Dubayda çapı nə dərəcədə doğrudur??? Vətəndaşlarımızın maddi vəsaiti-ianələri ilə formalaşan Büdcə vəsaitimiz niyə Dubaya getməlidir???
***
Bu və ya digər narazılıqlar fonunda Fond rəhbərliyinin açıqlaması gəldi. Sitat:
"Görüləcək işlərlə bağlı rəsmi cavab:
Bu layihə təkcə kitab yazılması deyil, həm də xüsusi internet platformasının yaradılması, kitabın müxtəlif çap və rəqəmsal formatlarda nəşri, Azərbaycanda və xaricdə təqdimatı və yayılması və s. istiqamətlər üzrə işləri əhatə edir.
Xüsusilə, layihəyə aşağıdakı komponentlər daxildir:
• Arxivlərdə müvafiq araşdırmaların aparılması və Azərbaycanda və xaricdə 50-dən çox müsahibənin aparılması;
• Kitabın ingilis dilində yazılması;
• Kitabın Azərbaycan, türk və rus dillərinə tərcüməsi;
• Kitabın 6000 ədəddən çox sayda xüsusi hədiyyəli sərt üzlü (VIP), standart sərt və yumşaq üz qabığı formatlarında nəşri;
• Kitabın elektron versiyasının PDF, EPUB, MOBI, KINDLE formatlarında nəşri;
• Arxiv sənədlərinin, müsahibələrin videoyazılarının, interaktiv xəritələrin və digər rəqəmsal məzmunun mövcud olacağı, linklər, QR kodlar, heşteqlər, daxil edilmiş məzmunlar vasitəsilə kitabın elektron və çap nəşrləri ilə əlaqələndiriləcək internet platformasının yaradılması;
• Bakıda və xaricdə kitab təqdimatlarının keçirilməsi;
• Sosial şəbəkələrdə və axtarış xidmətlərində genişmiqyaslı kampaniyanın aparılması".
Bəlkə bu və ya digər sualların yaranmaması üçün əvvəldən bu qərara şərh verilməliydi...
P.C."Təzadlar" 1,2 milyon manat vəsait xərclənəcək kitabın yazılması üçün yuxarıda qeyd edilən istiqamətləri tanınmış naşirlər və tərcüməçilərlə, digər mütəxəssislərlə eksklüziv təhlil etdi. Həmsöhbətimizin hər biri bu xərcin fantastik olduğunu bildirdi. 
Nə deyək... Suallar çoxdur! 
A.Məmmədli
qarabaq-kitab
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN