booked.netbooked.net booked.net  

Azərbaycan Respublikası adından HÖKM: Bakı şəhəri, İş № 1-1(093)-9/2022 21.09.2022-ci il, BAKI HƏRBİ MƏHKƏMƏSİ

(Əvvəli tezadlar.az saytının 26 oktyabr 2023-cü il tarixli buraxılışında)

Hökmdən sitat: «…Bundan başqa, Mövlam Şəxəliyev 27 mart 2010-cu il tarixdə rəhbərlik etdiyi idarənin əməkdaşı tərəfindən qəbul edilən qərarla Əliyev Zaur Ağahüseyn oğlu və digərləri barəsində CM-nin 206.3.2- ci maddəsi ilə 745 №-li cinayət işi başlanmaqla iş üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarəsinin müstəntiqinə həvalə edilməsindən və Zaur Əliyevin 29 mart 2010-cu il tarixli qərarla CMnin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı əsasında həbs qətimkan tədbirinin seçilməsindən sonra İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etmişdir. O, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla özünün göstərişi əsasında 2010-cu ilin iyun ayının əvvəllərindən etibarən Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti, 14 ünvanında yerləşən MTN-nin inzibati binasında rəhbərlik etdiyi idarənin əməkdaşı vasitəsilə Zaur Əliyevə həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını bildirib hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda həbsdən azad olunması üçün qəbul olunacaq qərarın müqabilində Zaur Əliyevdən birbaşa yolla 100.000 manat məbləğində nağd pulu rüşvət kimi istəmişdir. Sonra qeyd edilən qərarları 80.000 manat müqabilində qəbul etməyə mütəşəkkil dəstənin üzvləri ilə müzakirə aparmaqla razılaşmış, bununla əlaqədar 17 iyun 2010-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində Zaur Əliyevin arvadı Əliyeva Samirə Mirbala qızının öz qardaşı Əliyev Mirəli Mirbala oğlu ilə birlikdə gətirdiyi 80.000 manat məbləğində rüşvəti mütəşəkkil dəstənin istintaqa şəxsiyyəti məlum olmayan digər üzvü vasitəsi ilə qəbul etmişdir. Sonra isə əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri və qeyriləri ilə aralarında bölərək, Zaur Əliyevin həbsdən azad olunması üçün təcridxana şəraitində saxlanmasını istisna edən ağır xəstəlikdən əziyyət çəkməsi barədə məhkəmə-tibb ekspertizasının 18 iyun 2010-cu il tarixli 128/KEŞ saylı rəyinin alınmasına nail olmuşdur. Bununla da 19 iyun 2010-cu il tarixdə Zaur Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair tabeliyindəki müstəntiq tərəfindən qərarın qəbul olunmasını təmin etmişdir.

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət etməklə həmin səlahiyyətlərə malik vəzifəli şəxs kimi səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə istintaq və digər prosessual hərəkətləri həyata keçirmək və sair səlahiyyətlərindən yararlanıb qanunsuz yolla külli miqdarda maddi sərvət əldə etmək məqsədilə yaradılmış tabeliyində olan baş idarəsinin İbtidai istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Məmmədov Yasin Seyfulla oğlu, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə baş idarəsinin sabiq rəisi Qurbanov Sübahir Xalıq oğlu, həmin baş idarənin sabiq rəis müavini, 1-ci idarənin rəisi Əliyev Fizuli Zülfüqar oğlu və qeyrilərindən ibarət sabit cinayətkar qrupda - mütəşəkkil dəstədə birləşib mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar 26 may 2010-cu il tarixdə özünün göstərişi əsasında dəstənin üzvü Yasin Məmmədov tərəfindən qəbul edilən qərarla Hüseynov Elvin Elmar oğlunun barəsində CM-nin 206.1-ci maddəsi ilə 764 №-li cinayət işi üzrə ibtidai istintaqın aparılmasının İstintaq baş idarəsinin müstəntiqinə həvalə edilməsini təmin etmişdir. Bundan sonra isə İstintaq baş idarəsinin rəisi olaraq vəzifəli şəxs kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla dəstənin üzvü Fizuli Əliyev tərəfindən dəstənin cinayətkar fəaliyyətinə formal əsas yaratmaq üçün tərtib etdiyi fakt olmadığı halda guya Elvin Hüseynovun 25.000 ABŞ dolları dəyərində brilyant qaşları qaçaqmalçılıqla Rauf Həsənov üçün gətirməsi barədə 30.06.2010-cu il tarixli məktub əsasında sonuncunun 2010-cu ilin iyul ayında işlədiyi Bakı şəhəri, T.Əliyarbəyov küçəsi, ev 14 ünvanında yerləşən emalatxananın qarşısında saxlanılaraq MTN-nin inzibati binasına gətirilməsini təmin etmişdir. O, həmçinin dəstənin üzvü Yasin Məmmədovun xidməti kabinetində sonuncunun və dəstənin digər üzvü Fizuli Əliyevin vasitəsilə qaçaqmalçılıq cinayətində iştirakçılıqda ittiham edilib cinayət məsuliyyətinə cəlb ediləcəyi, fəaliyyətini yoxlatdıracağı, həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı ilə hədələyib xeyrinə ediləcək qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda cinayət təqibinə xitam verilməsi üçün qəbul olunacaq qərarın müqabilində Rauf Həsənovdan əvvəlcə həmin dövrün məzənnəsi ilə 401.950 manat təşkil edən 500.000 ABŞ dolları məbləğində rüşvəti hədə-qorxu tətbiq etməklə istəmişdir. Rauf Həsənovun bu qədər pulunun olmadığını bildirib narazılıq etməsini səbəb gətirərək məbləği artıraraq 482.340 manat təşkil edən 600.000 ABŞ dollarına qaldırmışdır. Bundan sonra Rauf Həsənov yalvarıb məbləği aşağı endirməsi ilə bağlı xahişlər etdikdə bu xahişləri mütəşəkkil dəstənin digər üzvləri ilə müzakirə edib 241.170 manat təşkil edən 300.000 ABŞ dolları müqabilində razılaşmış, bununla əlaqədar 2010-cu ilin iyul ayında Mərkəzi Klinik Xəstəxanasının qarşısında Rauf Həsənovun gətirdiyi həmin dövrün rəsmi məzənnəsi ilə 241.170 manat təşkil edən 300.000 ABŞ dolları məbləğində nağd puldan ibarət rüşvəti dəstənin üzvləri Yasin Məmmədov və Fizuli Əliyevin vasitəsilə qəbul etmişdir. O, sonra əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə mütəşəkkil dəstənin üzvləri Yasin Məmmədov, Fizuli Əliyev və qeyriləri ilə aralarında bölərək, Rauf Həsənovun barəsində CMnın 32, 206.1-ci maddəsi ilə cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair 12.07.2010-cu il tarixli qərarın qəbul olunmasını təmin etməklə, mütəşəkkil dəstə tərkibində külli miqdarda özgə əmlakını hədə-qorxu ilə tələb etməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində və ümumi himayədarlığa görə özü və üçüncü şəxslər, yəni mütəşəkkil dəstənin digər üzvləri üçün birbaşa və dolayı yolla rüşvəti təkrarən hədə-qorxu tətbiq etməklə istəyərək almışdır.

movlam

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsinin 2-ci şöbəsinin rəisi Ələkbərov Vüsal Hicran oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar Baş idarənin rəisi kimi müntəzəm olaraq tamahkarlıq məqsədilə və şəxsi marağa görə hakimiyyətdən və öz qulluq mövqeyindən sui-istifadə etməklə, hakimiyyət həddini və qulluq səlahiyyətlərini aşmaqla 06 mart 2012-ci il tarixdə tabeliyində olan şəxs tərəfindən qəbul edilən qərarla «Texnikabank» ASC-nin müşahidə şurasının sədri Əliyev Etibar Mahmud oğlu və qeyrilərinin barəsində CM-nin 178.3.1, 178.3.2 və digər maddələri ilə başlanıb ibtidai istintaqın aparılmasının dəstənin digər üzvü Vüsal Ələkbərova həvalə edildiyi 919 №-li cinayət işi üzrə özünün göstərişi əsasında sonuncu və qeyriləri vasitəsilə 28 mart 2012-ci il tarixdə, saat 14 radələrində şahid qismində dəvət edilən “Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri Salahov Müsənnif Hilal oğluna filialda olan pulları talayaraq bankın rəhbərliyinə verməsini, buna görə də barəsində cinayət təqibi başlamaqla həbs qətimkan tədbiri seçdirəcəyini bildirmişdir. O,  hədə-qorxu gəlməklə sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni barəsində cinayət təqibinin başlanmaması müqabilində MTN-nin inzibati binasında Müsənnif Salahovdan külli miqdar təşkil edən 3.000.000 manat məbləğində nağd pulu tabeliyində olan şəxsin və Vüsal Ələkbərovun vasitəsilə birbaşa yolla hədə-qorxu tətbiq etməklə rüşvət kimi istəmişdir. Sonra tələb olunan məbləğə maddi imkanı çatmadığı üçün külli miqdar təşkil edən 600.000 manat məbləğində nağd pulun qarşılığında Müsənnif Salahovun cinayət məsuliyyətinə cəlb edilməməsi və həbs olunmamasına mütəşəkkil dəstənin digər üzvləri ilə əvvəlcədən müzakirə aparmaqla razılaşmış, lakin tələb olunan məbləği tam həcmdə verə bilmədiyi üçün 2012-ci ilin aprel ayının ortalarında MTN-nin inzibati binasında tabeliyində olan şəxsin xidməti otağında sonuncunun vasitəsi ilə Müsənnif Salahovdan aldığı 200.000 manat məbləğində nağd rüşvəti təxminən bir həftə sonra, 2012-ci ilin aprel ayında yenidən MTN-nin inzibati binasına çağıraraq geri qaytarmaqla mütəşəkkil dəstənin məqsədlərinə tam nail olmaq üçün eyni məzmunlu hədə-qorxu ilə bir daha 600.000 manat məbləğində nağd pulu vahid niyyətlə tələb etmişdir. Nəticədə 2012-ci ilin may ayında saat 16 radələrində 500.000 manat, bundan on gün sonra saat 16 radələrində əlavə 100.000 manat məbləğində nağd pulu, ümumilikdə 600.000 manat məbləğində nağd pulu tabeliyində olan şəxsin və Vüsal Ələkbərovun vasitəsilə MTN-nin inzibati binasında Müsənnif Salahovdan qəbul edib əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun surətdə tabeliyində olan şəxsin, Vüsal Ələkbərovun və mütəşəkkil dəstənin digər üzvləri ilə aralarında bölmüşdür. Ardınca Vüsal Ələkbərovun cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair 25 yanvar 2013-cü il tarixli qərarında Müsənnif Salahovun barəsində cinayət təqibinə CPM-nin 39.1.2- ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilməsini təmin etməklə, vəzifəli şəxs kimi mütəşəkkil dəstə tərkibində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində… Müsənnif Salahovun hüquqlarına və qanuni mənafelərinə sonuncunun və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmasından ibarət ağır nəticələrə səbəb olan əhəmiyyətli zərər vurmuşdur.

 Bundan başqa, o, qeyd edilən vəzifədə xidmət edərkən təkrarən ləğv olunmuş MTN-nin İstintaq baş idarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Ələkbərov Sahib Yunus oğlu və qeyrilərindən ibarət mütəşəkkil dəstə tərkibində aparılmış bölgüyə uyğun üzərinə düşən vəzifələri yerinə yetirərək səlahiyyətlərinin icrası ilə əlaqədar dəstənin üzvü Sahib Ələkbərovun 30 noyabr 2011-ci il tarixdə qəbul etdiyi qərarla Zəkiyev Emin Tahir oğlunun barəsində CM-in 271.2.3-cü maddəsi ilə 894 №-li cinayət işi başlamaqla icraatına götürdükdən sonra 2012-ci ilin mart ayının əvvəllərindən etibarən özünün göstərişi əsasında MTN-nin inzibati binasında dəstənin üzvü Sahib Ələkbərovun xidməti otağında sonuncunun vasitəsilə Seyidov Ceyhun Mahmud oğlunu hər hansı prosessual hərəkətlər icra etmədən həmin cinayət işi üzrə qardaşı - “Azercell Telekom” MMC-nin “Əlincə Line” diler mağazalar şəbəkəsinin sahibi olmuş Seyidov Azad Mahmud oğlunun barəsində həbs qətimkan tədbiri seçdirəcəyini bildirmişdir. Həmçinin onun həbs olunduqdan sonra müvəqqəti saxlama yerində saxlanılmaqla nalayiq hərəkətlərə məruz qalacağı, şəxsiyyəti üzərində zor göstəriləcəyi və məhkəmə tərəfindən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum etdilməsinə nail olmağa çalışacağı ilə hədələmişdir. O, sonuncunun xeyrinə edəcəyi qanunsuz hərəkətlərin, yəni cinayət prosessual qanunvericiliyi ilə əsas olmadığı halda cinayət təqibinə xitam verilməsi barədə qəbul ediləcək qərarın müqabilində Azad Seyidovun qardaşı Ceyhun Seyidovdan birbaşa yolla əvvəlcə 300.000 manat, sonuncu ilə razılaşa bilmədikdə isə 2012-ci ilin aprel ayında eyni ünvanda 100.000 manat məbləğində pulu rüşvət kimi istəmişdir. Qeyd edilən qərarı 100.000 ABŞ dolları müqabilində qəbul etməyə dair mütəşəkkil dəstənin üzvlərinin razılığını aldıqdan sonra Ceyhun Seyidovla sövdələşmiş, bununla əlaqədar 2012-ci ilin aprel ayının ortalarında MTN-nin inzibati binasının arxa giriş qapısının yaxınlığında Ceyhun Seyidovun gətirdiyi 40.000 ABŞ dolları, 2012-ci ilin may ayının əvvələrində eyni ünvanda 20.000 ABŞ dolları, növbəti dəfə bir neçə gün sonra istintaqa məlum olmayan vaxtda eyni ünvanda 20.000 ABŞ dolları, sonuncu dəfə isə 2012-ci ilin iyun ayında eyni ünvanda 20.000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 78.630 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində rüşvəti dəstənin üzvü Sahib Ələkbərovun vasitəsilə Ceyhun Seyidovdan qəbul etmişdir. Və əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq mütəşəkkil dəstənin üzvləri Sahib Ələkbərov və qeyriləri ilə aralarında bölərək, Azad Seyidovun barəsində cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi ilə əlaqədar 07.01.2013-cü il tarixli sübutların qiymətləndirilməsi dair dəstənin üzvü Sahib Ələkbərov tərəfindən qərar qəbul edilməsini təmin etmişdir…

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA