booked.netbooked.net booked.net  

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatında görə, vəhşi marallarda koronavirus aşkar edilib və virusa yoluxmuş marallara Ohayo ştatında rast gəlinib.

Əvvəlki tədqiqatlar maralların koronavirusa yoluxa bilmələrini göstərib. Bunlar təcrübə aparılarkən müəyyən olunub. Eyni zamanda, məlum olub ki, bəzi vəhşi marallarda anticism də var.

Mütəxəssislər vurğulayır ki, yoluxmuş marallarda xəstəliyin heç bir klinik əlaməti görünmür.

“Mövcud məlumatlara görə, virusun heyvanlardan insanlara keçmə riski aşağıdır”, - deyə nazirlikdən bildiriblər.

 Düzdü, bu xəbər üzücü olsa da, sonda təsəlliverici xəbər verilir ki, virusun marallardan insanlara keçməsi ehtimalı çox azdır. Əlbəttə, o marallara gərək əvvəlcə rast gələsən, rast gəldinsə, maskasız olsan, maralla 1,5-2 metr ara məsafəsi saxlamasan, koronavirusa yoluxma ehtimalın böyük ola bilər. Amma amerikalılar gərək qorxmasın. Bu xəstə marallar bir-iki ştatda peyda olub. Qalan ştatlarda maral söhbəti yoxdur, hər şey əvvəlki kimi öz axarında gedir, Çindən uçub gələn yarasalar yenə də alfa, betta, delta ştammlarını yaymaqdadır.Bayden də söz verib ki, Çini buna görə cəzalandıracaq, sanksiya-zad tətbiq edəcək. Çünki, çinlilər yarasalarına nə verdilərsə, onlar daha Çində virus yaratmır, demək olar ki, milyarddan çox əhalisi olan Çində daha korona bəlası yoxdu.

Maralların virusa yoluxmaları barədə verilən xəbərlərdən bəzi şeylər aydın olmadı: marallara koronavirus haradan keçib? Məlumdur ki, koronavirus insan hava-damçı yolla keçir. Bu aydındır. Bizdə də bu amili nəzərə alıb toyu-zadı nəzarətə götürüblər, məhdudiyyətlər qoyublar. Yaxşı, bəs bu binəva marallar da toydan yoluxub? Bir versiya qalır: marallar havadan yoluxublar. Havadan koronanını yayan bəs kimdi?  

Bayden qəti surətdə etiraf edir ki, korona bəlasının mənşəyini heyvanlarda axtarmaq lazımdı və bunun insanların populyasiyasına nəzarət etmək üçün süni şəkildə, laboratoriyada hazırlanmış bakterolloji bir silah olmaısını boynuna almır və çinlilərin koronavirusun mənşəyinin araşdırılması tələbinə də məhəl qoymur. 

Bir şey ürəkaçandır ki, o marallardan bizdə yoxdu...

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA