booked.netbooked.net booked.net  

1 Sentyabr

Mühüm hadisələr:

1714 – Rusiyada ilk kitabxana istifadəyə verilmişdir.
1763 – 
Rusiyanın Kraliçası II Yekaterina Moskvada Atılmış uşaq Evi üçün İvan Betskoyun planlarını təsdiq etmişdir.


1868 –
 Qalatasaray liseyinin açılışı olmuşdur.
1919 – 
Azərbaycan Demokratik Respublikasının parlamentinin 1 sentyabr 1919-cu il tarixli iclasında Bakıda universitetin təsis edilməsi qərarı qəbul edildi və onun nizamnaməsi təsdiq olundu.
1951 – 
Londonda dünyada ilk supermarket fəaliyyətə başlamışdır.
1962 – 
İranda zəlzələdə 20 000 nəfər həlak olur.
2004 – 
Silahlanmış terroristlər yüzlərlə məktəbliləri və böyükləri Şimali Osetiyada (Rusiya) Beslan şəhərində girov götürür, 331 nəfər o cümlədən 31 terrorçu və FTX əməkdaşı həlak olur.
1992 – 
Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.

1752 — Azadlıq Zəngi Filadelfiyaya gətirilmişdir.

  • 1928— Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan etmişdir.
  • 1939— Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olmuşdur.
  • 1951— Londonda dünyada ilk supermarket açılmışdır.
  • 1962— İranda zəlzələ nəticəsind 20 000 nəfər həlak olmuşdur.
  • 1969— Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alır.
  • 1992— Azərbaycan Respublikası Birləşmiş Ərəb Əmirlikləri ilə diplomatik əlaqələr qurmuşdur.

 ***

   1255-ci ilin bu günü Keniqsberq şəhərinin əsası qoyulub. Alman dilində “kral dağı” mənasını verən bu şəhər-qala Tevton ordeninin, yəni qədim prussların torpaqlarına işğalçılıq yürüşləri zamanı – Preqoli çayının uca sahilində salınıb.

  İkinci Dünya Müharibəsinin son mərhələsində - 1945-ci ildə Postdam konfransının qərarı ilə Keniqsberq SSRİ-yə verilərək Rusiya Federasiyasının tərkibinə daxil edilib. Bir il sonra isə (1946) isə şəhərin adı dəyişdirilərək Kalininqrad qoyulub.

***

   1879-cu il 1 sentyabr tarixində Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.

  XIX-XX əsrlər Azərbaycan ictimai mühiti, ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Rəşid bəy Əfəndiyev, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və digər görkəmli xadimlər məhz bu seminariyanın yetirmələridir.

***

  1908-ci ilin bu günü Hicaz dəmiryolu İstanbulda təşkil edilən mərasimlə xidmətə açıldı: o gün İstanbuldan Mədinəyə ilk qatar hərəkət etdi.

***

  1 sentyabr 1922-ci ildə Dumlupınar Zəfərindən sonra türk sərkərdəsi Mustafa Kamal Paşa tarixi əmrini verdi: "Ordu, ilk hədəfimiz Aralıq dənizidir! İrəli!"

***

  1923-cü il sentyabrın 1-də Yaponiyanın Tokio və Yokohama şəhərlərində baş verən zəlzələdə təxminən 300 min adam həyatını itirdi.

***

  1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücum etməsiylə İkinci Dünya Müharibəsi başladı.

  Milyonlarla adamın öldüyü müharibənin 50-ci illiyində 1 sentyabr tarixi Beynəlxalq Sülh Günü elan edildi. Bu gün münasibətilə müxtəlif ölkələrdə müharibə əleyhinə kütləvi tədbirlər keçirilir.

***

  1 sentyabr Liviyanın Respublika Günüdür.

  Şimali Afrikanın bu dövləti 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.

***

  1 sentyabr 1969-cu ildə Liviyada polkovnik Muammer Kaddafi hərbi çevrilişlə Kral I İdrisi devirdi.

***

   1983-cü ilin 1 sentyabrında Saxalində Cənubi Koreya aviaşirkətinə məxsus “Boing - 747” təyyarəsi SSRİ-nin dövlət sərhəddini pozarkən vurulub. Hadisə nəticəsində 137 nəfər həlak olub. 

***

  1 sentyabr 1985-ci ildə amerikalı dəniz alimi Robert Ballard və qrupu 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını tapdılar.

***

  1986-cı ildə Novorossiyk limanına yaxın “Admiral Naximov” və “Pyotr Vasev” gəmiləri toqquşaraq batıblar. Hadisə nəticəsində 800-dən çox adam həlak olub. Bu faciə İkinci Dünya Müharibəsindən sonrakı dövrün ən böyük dəniz qəzası sayılır.

***

    Keçmiş Sovet İttifaqı respublikalarından biri Özbəkistan 1991-ci il senytabrın 1-də istiqlaliyyətini bəyan edib.

  Qeyd edək ki, bu ölkə 1992-ci il martın 2-dən BMT-nin tamhüquqlu üzvüdür.

***

  1 sentyabr 2002-ci ildə Cənubi Koreyada meydana gələn şiddətli qasırğada 200 nəfər həyatını itirdi.

***

  2017-ci il sentyabrın 1-də Myanmar təhlükəsizlik qüvvələri Arakanda vətəndaşları hədəfə alaraq təxminən 400 müsəlmanı qətl etdi.

***

1 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  5 yaşında taxta keçən və 72 il Fransanı idarə edən, fransızların ''Günəş kralı” adlandırdıqları XIV Lui (Louis-Dieudonné de France) 1715-ci ilin bu günü dünyadan köçüb. (1638 - 1715)

***

   Azərbaycanın peşəkar pəhləvanlarından biri Rəşid Yusifov 1900-cu il sentyabrın 1-də anadan olub.

  19 yaşından (1919) müxtəlif sirk kollektivlərində pəhləvanlıq idman növünü nümayiş etdirən Rəşid Yusifov 20 il boyu (1946-1968) Azərbaycan Dövlət Sirkində çalışıb, dünyanın bir çox arenalarında çıxış edib, Rusiyanın məşhur pəhləvanları İvan Poddubnı və İvan Zaikinlə birlikdə dünya birinciliklərində qüvvəsini sınayıb. (1900-1982)

***

  Bu gün azərbaycanlı professor Nəsir Məmmədovun xatirə günüdür.

  Elmi-nəzəri əsərlərlə yanaşı, dərslik və dərs vəsaitlərinin də müəllifi kimi tanınan Nəsir Məmmədovun “Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Azərbaycan dilçiliyinin nəzəri əsasları” və digər kitabları bu gün də ali məktəblərdə tədris edilir. (1907-1982)

***  

  1 sentyabr dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür. 

  34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət tapır: paytaxt Bakıda toxuculuq fabriki, milli teatr binası tikdirir, məktəb və mədəni-maarif cəmiyyətlərinin açılması, milli kadrların hazırlanmasına xeyli vəsait sərf edir. O, 1911-ci ildə “Xəzər manifakturası”, 1916-cı ildə isə “Tağıyev balıq sənayesi” səhmdar cəmiyyətlərini qurub.  

  10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb.

  Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib. (1838 - 1924)

***

Doğuml günləri:

 

1901 – Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə Bakıda dənizçi ailəsində anadan olub. O, balaca olanda İməhərrəmlik günlərində məhlə uşaqlarından ibarət tamaşaçılar qarşısında tez-tez səhnəciklər düzəldirmiş. Vaxt tapan kimi gedib baxdığı tamaşalar onda dərin təəssürat oyadır.

İsmayıl Hidayətzadə sənətə gəldiyi illərdə aktyorların əksəriyyəti kimi özünü faciə aktyoru Hüseyn Ərəblinskiyə bənzədirdi. Cəfər Cabbarlının ciddi təhriki ilə İsmayıl Hidayətzadə xarakter rollar oynamağa keçmiş, "Sevil”dəki Əbdüləli bəyin ifasında qazandığı sənət nailiyyətindən sonra bu səpkili obrazların əvəzsiz yaradıcısı kimi şöhrətlənmişdi. Şərif, Mazandaranski, Əmiraslan bəy Salamov və Xosməmməd ("Almaz”, "1905-ci ildə”, "Oqtay Eloğlu” və "Dönüş”, Cəfər Cabbarlı), Şvandiya ("Lyubov Yarovaya”, Konstantin Trenyov), Şmaqa ("Günahsız müqəssirlər”, leksandr Ostrovski), Hacı Qara ("Hacr Qara”, Mirzə Fətəli Axundzadə), Cücə və Şakro ("Topal Teymur” və "Knyaz”, Hüseyn Cavid), Pyer ("İki yetimə”, Adolf D'Enneri və Germon), Rəmzi ("Tələbələrin kələyi”, Brandon Tomas), Şeyx Nəsrulla ("Ölülər”, Cəlil Məmmədquluzadə) Baron ("Yurdsuz insanlar”, Maksim Qorki) rolları aktyorun parlaq sənət qələbələri kimi qiymətləndirilib.

"Almaz” filmində Şərif roluna çəkilib. Aktyor yaradıcılığına görə Azərbaycan Respublikasının əməkdar artisti (25 aprel 1933) və rejissor axtarışlarındakı nailiyyətlərinə görə xalq artisti (4 dekabr 1938) fəxri adları ilə təltif olunub.

İsmayıl Hidayətzadə 1 noyabr 1951-ci ildə Bakıda vəfat edib. 

***

1920  — Məşhur Azərbaycan tarixçisi, Milli Elmlər Akademiyasının  müxbir  üzvü Mahmud Əliabbas oğlu İsmayılov Şəkidə anadan olmuşdur.

1937-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində ali təhsil almışdır.

Mahmud İsmayılov 1949-cu ildə namizədlik, 1960-cı ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin öyrənilməsinə həsr etdiyi əsərlərinin tarixşünaslığımızda xüsusi yeri vardır. Alimin Azərbaycan iqtisadiyyatının, xüsusilə də neft sənayesinin inkişafı tarixinə dair apardığı tədqiqatlar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. O, çoxcildlik "Azərbaycan tarixi”nin müəlliflərindən və redaktorlarından biri idi. Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin başlandığı dövrdə Mahmud İsmayılovun çap etdirdiyi elmi-publisistik yazıları tarixi saxtalaşdıran erməni millətçilərinə tutarlı cavab idi.

Mahmud İsmayılovun tarix elminin inkişafında göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O,  Əməkdar elm xadimi  adına layiq görülmüş, bir sıra orden və medallarla təltif edilmişdir.

16 avqust 2001-ci ildə vəfat etmişdir.

***

1930 ‎— Tanınmış nasir, dramaturq və publisist Oqtay Salamzadə Füzuli rayonunun Cuvarlı kəndində doğulub. Orta məktəi bitirdikdən sonra 1948-1953-cü illərdə Bakı Dövlət Universitetinin fəlsəfə şöbəsində təhsil alıb.

Oqtay Salamzadə əmək fəaliyyətinə komsomol işçisi kimi başlamış, 1953-1959-cu illərdə LKGİ Bakı komitəsinin katibi işləyib. Naşir 1959-1963-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Uşaq və gənclər verilişləri redaksiyasının məsul redaktoru olub. Salamzadə 1963-1974-cü illərdə Azərbaycan Jurnalistlər İttifaqının məsul katibi seçilib.

Oqtay Salamzadə 1977-1979-cu illərdə "Müxbir" jurnalı redaksiyasında və "Kitabsevərlər" Cəmiyyətində baş redaktor vəzifəsində çalışıb. Eyni zamanda 1979-1984-cü illərdə "Yazıçı" nəşriyyatında böyük redaktor, 1984-1988-ci illərdə Azərittifaqın "Dostluq" istirahət bazasının direktoru, 1988-1989-cu illərdə Azərbaycan Mədəniyyət Fondunun baş eksperti, 1989-1993-cü illərdə isə "Karvan" ədəbi-bədii toplusunun baş redaktoru vəzifələrində çalışıb.

O, 1993-cü ildən ölümünədək Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının sədri, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədr müavini, Hacı Zeynalabdin Tağıyev Xatirə Mərkəzinin prezidenti vəzifələrini icra edib. Bir sıra cəmiyyətlərin fəxri doktoru, mətbu orqanların heyət üzvü olub.

Həmçinin Oqtay Salamzadə 1964-cü ildən "Qızıl qələm" və digər media mükafatlarının təsisçisi və təltif komissiyasının sədri olub. Dəfələrlə Bakı Sovetinə deputat seçilmişdir. Keçmiş SSRİ jurnalistlərinin Bolqarıstan, Çexoslavakiya və Hindistan ölkələrinə səfərə çıxan nümayəndə heyətinin tərkibində olmuşdur.

 

Əsərləri

 

"Bizim nəsil" (1958)

"Qızıl torpaq" (1963)

"Sənin məhəbbətinlə" (1965)

"İsgəndərin övladları" (1968)

"Kirovabad" (1973)

"İkinci güllə" (1981)

"Dünyanın zinəti" (1983)

"Odlu peşə" (1986)

"Əsrlərin sirri" (1989)

"Sevgi iztirabı"

 Habelə Oqtay Salamzadə "Karvan" jurnalında "Sevgi iztirabı" romanını (1992, №13,14,26,27), dilimizə çevirdiyi "Qurani-Kərim" anlamını (1990-1991, №13-24), Füzulinin "Hədiqətüs-süəda" əsərini (1992, №28-39) dərc etdirmişdir.

Oqtay Salamzadə Beynəlxalq Jurnalıistlər Təşkilatının Qızıl medalı, "Xam torpaqların fəthinə görə" medalı və Azərbaycan Respublikası Ali Sovetrinin Fəxri fərmanları ilə təltif edilmişdir. Həmçinin 1992-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin "Xeyriyyə" mükafatına, 1993-cü ildə Azərbaycan-İran Mədəniyyət Mərkəzinin Tusi adına, Məmməd Araz adına və sair mükafatlaa ayiq görülmüşdür.

Oqtay Salamzadə 2012-ci il aprelin 2-də 82 yaşında vəfat edib.

***

1931 – Tanınmş aktyor  Fazil İdris oğlu Salayev Bakıda dünyaya gəlib.

Əslən Cənubi Azərbaycandandır. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış.Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur.Teatr İnstitutunu bitirən F.Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq işinin dəyərləndirilmədiyini görüncə, musiqili Komediya Teatrına üz tutur.

Fazil Salayev kinoda ilk rolunu 32 yaşında oynasa da, məhz kinoaktyor kimi məşhurlaşır. Rejissor Həsən Seyidbəyli onu "Möcüzələr adası" filmində epizodik rola dəvət edir. Cəmi bir il sonra isə qəhrəmanımız rejissor Ağarza Quliyevin ekranlaşdırdığı "Ulduz" filmində müxbir rolunu oynayır. Ardınca "Alma almaya bənzər" filmində Mehdi,"Bizim Cəbiş müəllim" filmində Mıqqı, "Bir cənub şəhərində" Fazil, "Dərviş Parisi partladır" filmində Qulaməli kimi yaddaqalan obrazlar yaradır. "Azdrama"dan küsüb getdiyi illərdə isə "Mozalan" satirik kinojurnalında müxtəlif tipajlar yaratmağa nail olur.1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd obrazı isə qəhrəmanımızın istedadını başqa tərəfdən üzə çıxarır. Bu psixoloji rolla sübut edir ki, onun üçün heç bir amplua məhdudiyyəti yoxdur. Bu rol Azərbaycan kinosunda sükutla "danışmağın" bənzərsiz nümunəsidir. Bir vaxtlar televiziya ekranlarında gedən "Komediyalar aləminə səyahət" verilişində tez-tez səhnəciklərdə çıxış etmişdir.

İstedadlı aktyor Fazil Salayev qısa ömür yaşasa da,oynadığı rolları,gözəl mimikası və yumor hissi ilə xalqımızın yaddaşında əbədi qaldı.İllər keçsə də,onun yaratdığı rollara və filmlərə maraq itməyib,sevilə-sevilə baxılır.Çox acı təsadüf oldu ki, sənətkar 1976-ci il iyunun 20-də 44 yaşında kiçik qızı Ofeliyanın doğum günündə həyata "əlvida” dedi.

***

1950— Vahid Yusif oğlu Ələkbərov Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi.

Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-ci ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətləri olmuşdur.

***

1969 – Natiq İlyas oğlu Əhmədov işgal edilmiş Qarabağ torpaqları  - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Cəbrayıl rayonları uörunda  gedən  döyüşlərdə  şəhidlik mənsəbinə uçalmış  qəhrəman oğullarımızdan biridir,   Azərbaycanın Milli Qəhrəmanıdır.  Natiq Əhmədov Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur.

Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbi xidmətdə olmuşdur.

Qarabağ uğrunda döyüşlər başlayanda  o da mənfur düşmənlərə qarşı döyüşlərə atılmışdır.  Natiq düşmənlərə qarşı  bir neçə əks hücumlarda iştirak etmişdir.
26 sentyabr 1991-ci ildə Nadir Əsgərandan Xocalıya gedərkən onun içərisində olduğu maşın erməni quldurlrının  pusqusuna   düşmüş,  ermənilər   maşını sürəkli atəşə tutmuşlar. Natiq aldığı qəfil güllədən  vəfat etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

***

Səfərov Şahmar Nazim oğlu (1997-2020)

Səfərov Şahmar Nazim oğlu 1997-ci ilin 1 sentyabrında Naxçıvan Muxtar Respublikası Şərur rayonun Siyaqut kəndində anadan olub.

 O, 2003-cü ildə Kosacan kənd tam orta məktəbin 1-ci sinfinə daxil olub. Şahmar hələ orta məktəbdə oxuyarkən hərbçi olmaq istəyirdi. Bu istək onu Heydər Əliyev adına hərbi Litseyə gətirdi və o, 2011-2014-cü illər ərzində bu litseydə oxudu və litseyi müvəffəqiyyətlə bitirdi.

 Şahmarın arzusu yüksək bilikli, hərtərfli hərbçi olmaq idi və özünün səyi və bacarığı sayəsində 2015-ci ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil oldu və  2019-ildə akademiyanı da uğurla başa vurdu və Azərbaycanın ordu sıralarında ali təhsilli bir hərbçi kimi qulluq etməyə başladı.

O, akademiyanı bitirdikdən sonra ilk hərbi xidmətini Gəncə şəhərində keçirdi. N saylı hərbi hissədə  leytenant rütbəsində Tağım Komandiri kimi xidmətə başladı.

2020-ci ilin may ayında xidmətini Daşkəsəndə davam etdirdi.  

Azərbaycan torpaqlarının erməni işğalçılardan azad edilməsi uğrunda gedən döyüşlərə elə ilk andan atıldı və canını Vətən uğrunda fəda etdi, şəhidlik zirvəsinə yüksəldi.

Şahmar Nazim oğlu Səfərov 27 sentyabrda Murovdağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

 Şahmar  şəhid olduqdan 52 gun sonra, noyabrın 18-də dəfn olundu.

Məzarı 2-ci fəxri xiyabandadı.

***

1924 — Məşhur milyonçu və xeyriyyəçi,  müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı 101 yaşında Mərdəkanda vəfat etmişdir.

Tarixi ədalətin təntənəsi və ya Hacı Zeynalabdin Tağıyevin fenomenal  maarifçilik fəaliyyəti

Şakir QURBANOV


 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN