booked.netbooked.net booked.net  

2 sentyabr 

  • 1642 İngilis parlamenti teatrı qadağan edir.
  • 1781-ci il. Los-Anceles şəhərinin əsası qoyulub. Los-Anceles ABŞ-ın Kaliforniya ştatında yerləşən və əhalinin sayına görə ölkənin ikinci, ştatın isə birinci şəhəridir. Ərazisi 1302 kvadratkilometr olan şəhər, eyni zamanda, Los-Anceles dairəsinin mərkəzidir. İspan dilində “Los-Anceles” sözünün tərcüməsi mələklər deməkdir. Şəhərin əsl adı “El pueblo de nuestra senora la reina de los angeles de porciuncula”dır. Bu, ən uzun şəhər adı hesab edilir.

 

***

1829–cu il. Rusiya ilə Osmanlı dövləti arasında növbəti müharibənin yekunlarına dair Ədirnə müqaviləsi imzalanıb (1828-1829). Müqaviləyə əsasən, Osmanlı dövləti Ahalsıx padşahlığının (Ahıska türklərinin yaşadığı ərazi - indiki Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsi) bir hissəsini Rusiyaya güzəştə gedib və həmin əraziyə cənub-şərqi Anadoludan erməni əhalisinin köçürülməsinə razılıq verib. Köçürülən ermənilər sonradan Ahalsıx bölgəsi ilə yanaşı, Tiflis, İrəvan və Naxçıvan bölgələrində də yerləşdirilib. Bundan əlavə, Osmanlı dövləti Rusiyanın İranla apardığı müharibənin (1826-1828) yekunlarını, o cümlədən Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsini rəsmən tanıyıb.

***

  • 1922 Ford zavodlarında işə sərxoş gəlmək qadağan edilir.
  • 1958 Çində ilk televiziya.
  • 1965 İnternetin əcdadı olan Arpanet meydana çıxır.
  • 1985 Fransız ekspedisiyası “Titanik”in qalıqlarını aşkar edir.“Titanik” gəmisinin qalıqları Atlantik okeanın 3 min 750 metr dərinliyində, Nyufaundlend adası yaxınlığında aşkar edilib. Gəmini amerikalı tədqiqatçı Robert Ballardın rəhbərlik etdiyi ekspedisiya tapıb. Suyun dibindən çıxarılan minlərlə qalıq UNESCO-nun sualtı mədəni mirasın qorunması üzrə Konvensiyasının himayəsinə verilib. “Titanik”in Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədəki 2 min 224 sərnişin və ekipaj üzvündən 1513 nəfər həlak olub. 2

***

1991 Separatçı Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını bəyan edir.

1633-Böyük İstanbul yanğını baş verdi. Yanğın nəticəsində 20 mindən çox bina kül oldu.

***

1666- Böyük London yanğını başladı və 3 gün davam etdi. Yanğın nəticəsində 13 min 200 ev və 87 kilsəyə ziyan dəydi.

***

1935- ABŞ-ın Florida ştatında öz təsirini göstərən qasırğada 423 nəfər həlak oldu.

***

1938- Hatay Millət məclisi açıldı və Hatay dövlətinin qurulduğu elan edildi. Tayfur Sökmən cümhurbaşqanı seçildi.

***

1942-Alman hərbi dəstələri Varşava Gettosu üsyanının qarşısını 50 min yəhudini qətlə yetirərək aldı.

***

1945- Dünya müharibəsi başa çatdı. Demək olar ki, bütün dövlətləri əhatə edən müharibə nəticəsində milyonlarla insan həlak oldu. Müharibə 1945-ci ildə antihitler koalisiyasının qələbəsi ilə başa çatdı.

***

1945 – Vyetnam Respublikası elan olunmuşdur.

1968-İranda baş verən zəlzələ nəticəsində 11 min nəfər öldü.

***

1973- “Üzüklərin əfəndisi” serialı ilə dünya miqyasında şöhrət tapan ingilis yazıcı J.R.R Tolkien 81 yaşında öldü.

***

1998- İsveçrə hava yollarına məxsus sərnişin təyyarəsi Atlantik okeanına düşdü, 229 nəfər həyatını itirdi.  

***

2011- Türkiyə BMT-nin Mavi Mərmərə hesabatını açıqlaması qarşısında İsrailə 5 maddədən ibarət sanksiya tətbiq etmə qərarı aldı.

 ***

 1968 – Azərbaycanın Milli Qəhrəmanı Müslümov Valeh Əlizaid oğlu sentyabrda Lerik rayonunda doğulmuşdur.

Tarixdə bu gün - 02 sentyabr

1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır.
1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.
1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir.
1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

***

 1944– Sovet İttifaqı Qəhrəmanı Cəmil Məhəmməd oğlu Əhmədov alman faşizminə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.


Cəmil Əhmədov 1924-cü ildə Cəbrayıl şəhərində dünyaya göz açmışdır. 1942-ci ildə orduya xidmətə getmişdir. Hərbi məktəbdə təhsilini başa vuraraq leytenant rütbəsi aldıqdan sonra Belarusiyanın azad edilməsi üzrə döyüşlərdə fəal iştirak etmişdir.
Qvardiya leytenantı Cəmil Əhmədovun komandir olduğu bölmə 1944-cü ilin 25 iyulunda Tremlya çayını hamıdan əvvəl keçərək, suyun içində döyüş mövqeyini digər hissələrin gəlməsinə qədər əldə saxlamış və əməliyyatın qələbəsini təmin etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmışdir.
Bundan iki ay sonra 1944-cü ilin 2 sentyabrında Polşa ərazisində həlak olmuş və Varşavada Sovet döyüşçülərinə aid qəbirstanlıqda dəfn edilmişdir. Sovet İttifaqı Qəhrəmanı fəxri adı isə ona 1945-ci ilin 24 martında verilmişdir.
Cəbrayılda məktəb və bir küçə onun adını daşıyır.

Yazıçı Sabir Əhmədovun qardaşıdır.

***

1992 –Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənov Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Tarixdə bu gün - 02 sentyabr

Tahir Həsənov 22 fevral 1970-ci ildə Bakı şəhərinidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilər tarixi Azərbaycan torpaqlarına hücum etdiyi zaman ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır.
Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr tarixdə Çıldıran yüksəkliyindən uğurlu əməliyyatdan dönən kəşfiyyatçılar erməni silahlıları ilə döyüşə girirlər erməni faşistlərinin onları əsir götürmək niyyəti baş tutmur Tahir son anda özünü qumbara ilə partladaraq özü ilə bərabər neçə-neçə erməni quldurunu məhv edir. 1992-ci il, 29 sentyabr tarixində bədəni Bakıya gətirilərək, Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikası Pprezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Təhsil aldığı 23 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

***
Şakir QURBANOV

 

 

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN