booked.netbooked.net booked.net  

Xəbər verdiyimiz kimi, Gürcüstanın eks prezidenti Mixeil Sakaşvili, iki gün öncə elan etdiyi video müraciətini yayımladı... 

O, video müraciətini şəxsi sosial hesabında edib. Saakaşvili video müraciətində deyib: "Hər birinizi salamlayıram. Bir çoxları 2 oktyabr tarixi bir referendumla bağlı mənim düşüncələrimin nədən ibarət olması barədə soruşur. İvanişvili Avropa İttifaqı tərəfindən hazırlanmış bu sənəddən çıxdığını açıqlamasına baxmayaraq, gürcü xalqı və Avropa bu sənəddən çıxmayıb. Bəli, 2 oktyabrda İvanişvili hakimiyyətinə inamsızlıq elan etmək üçün referendum keçirilir. Bədbəxtliyin, kasıbçılığın və Gürcüstanın dağılmasının sona çatması üçün Gürcüstanda yaşayan hər bir insan özü üçün qərar qəbul etməli, bu referenduma getməli və İvanişvilinin dırnaqarası arzusunun əleyhinə səs verməlidir. Bu Gürcüstanın xilası üçün bizim vətənpərvərlik borcumuzdur. Gürcüstanda hər şey məhv olur, əhali gündəlik olaraq kütləvi şəkildə ölkəni tərk edir. Bizim tarixi dəyərlərimiz, kilsə yaşam tərzi, uşaqlarımızın gələcəyi məhv olur. Biz bununla barışmayacağıq. Bu artıq son bir həddir, hər kəs səsini çıxarmalı və prosesdə iştirak etməlidir. Buna görə də biz İvanişviliyə öz oyununu təkrar həyata keçirmək imkanı verməməliyik. O, əlbəttə ki, hər şey edəcək, ancaq bu dəfə biz ona cavab verməliyik. Biz cavab verməyi öyrənməliyik, onlar şiddətə keçərlərsə, biz bu əli onlara geri qaytarmalıyıq. Demək istəyirəm ki, şəxsən mən bu seçkilərdə Gürcüstana gələcəm. Mən həmçinin xaricdə yaşayan həmvətənlərimizə səslənirəm. İmkanınız varsa məzuniyyət götürün, hava yolu ilə və ya quru yolu ilə hər birimiz birlikdə Gürcüstana gedək", - deyə Saakaşvili bildirib.

*** 

Baş nazir İrakli Qaribaşvili isə sabiq prezident Mixeil Saakaşvili barəsində dünən danışarkən "Niyə qayıtmır? Çünki o dovşandır", -deyə onu təhqir edib. "Ölkəyə qayıtmaq istəyirsə, qayıtsın. Artıq onun getməsindən 8-9 il keçib, necə düşünürsünüz, niyə qayıtmır? Çünki o dovşandır, qorxaq bir insandır". O, əlavə olaraq deyib ki, Saakaşvili gələrsə çox yaxşı şəkildə əylənəcəyik: "Saakaşvilinin ölkəyə qayıtmasını çox istəyirəm, biz çox yaxşı şəkildə əylənəcəyik. Mən ona söz vermişəm ki, ona qalstuk kolleksiyası göstərəcəm və onu təmir edilmiş bir həbsxanaya göndərəcəm. Saakaşvilinin taleyi bundan ibarətdir. Bu şəxs qorxaqlığın ən yüksək pilləsini göstərib. Onun istənilən provokasiyasi bizdə sadəcə və sadəcə gülüş doğurur", - deyə İ. Qaribaşvili əlavə edib.

Beləcə, Gürcüstanda siyasi proseslər qızışmaqdadır... 

A.Məmmədli

 

www.24news.ge

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN