booked.netbooked.net booked.net  

Tez-tez kuryoz hallarla gündəmə gələn ABŞ prezidenti Co Bayden bu dəfə bənzər hadisə ilə üzləşib.

Ölkə miqyasında meşə yanğınlarıyla bağlı açıqlama verən və Ağ Evin “Youtube” səhifəsindən canlı olaraq yayımlanan dövlət başçısının çıxışı yarıda kəsilib.

ABŞ mediası yayımın qəfil dayanmasını Baydenin çıxışın mətnindən kənara çıxması ilə əlaqələndirib. Belə ki, Ağ Ev nümayəndələri əvvəllər də prezidentin nə deyəcəyindən ehtiyat etdiklərini bildiriblər.

Mənbə: “Haber Global”

***

Baydendən daha bir xəbər: Bayden Trampı xatırlayan kimi xaç çəkdi  

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. O bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar  tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq.

“Bilirsiniz ki, ötən il seçkilərdə mən əsl Donald Trampla rəqabətə girdim”, -deyən Bayden dərhal katoliklərin tərzində xaç çəkib.

Onun bu jesti gülüş doğurub.

Prezident bildirib ki, kaliforniyalı qubernatorun rəqibi Elder Donald Trampın “klonudur”.

Mənbə: “Associated Press”

Şakir QURBANOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN