booked.netbooked.net booked.net  

“Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir"

İsrailin https://www.makorrishon.co.il xəbər portalında “Dini və dinlərarası münaqişələrin əhatə olunduğu regionda Azərbaycan tolerantlıq vahəsidir” sərlövhəli məqalə yerləşdirilib.

Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd edilir  ki, Yaxın Şərqdə dinlərarası müharibələrin və dini münaqişələrin qızışdığı bir vaxtda, İran İslam Respublikası ilə həmsərhəd olan, Xəzər dənizi sahilində yerləşən Azərbaycan  multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsi kimi qalmaqdadır. “Azərbaycan yer üzündə yəhudilərin “Davud ulduzu” medalyonunu rahat gəzdirə biləcəyi və gecə sinaqoqlarda qorxmadan ibadət etdiyi nadir müsəlman ölkələrindən biridir. Azərbaycanlılar üçün bu, milli qürur məsələsidir”, - deyə müəllif nəzərə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin yəhudi xalqının Yeni ili münasibətilə yəhudi icmasına təbrik müraciəti ünvanladığını xatırladan müəllif bu yaxınlarda Azərbaycana səfəri zamanı ölkəmizdə erməni kilsəsinin qorunub saxlanıldığının, bütün icmalar, o cümlədən yəhudi icması üçün şərait yaradıldığının şahidi olduğunu vurğulayıb.“…yəhudi icmasının bir çox üzvünün ivrit dilində sərbəst danışdığını gördüm, çünki bu dil Azərbaycanda dövlət tərəfindən maliyyələşdirilən bütün yəhudi məktəblərində tədris olunur. Halbuki ABŞ və Kanada kimi ölkələr ivrit dilini öyrənən yəhudi tələbələri maliyyələşdirmir”.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.makorrishon.co.il/news/397777

Qeyd edək ki, Reyçel Avraham İsraildə fəaliyyət göstərən "İqtisadi Sülh Mərkəzi" xəbər saytının redaktorudur.

Xatırladaq ki, 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlətlərdən biri olub. Azərbaycan İsrail ilə ikitərəfli strateji, iqtisadi əlaqələri inkişaf etdirən azsaylı müsəlman ölkələrindən biridir. Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu danılmazdır.

Həmçinin yəhudi icması da Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycanda yaşayan,  həmçinin İsrailə və dünyanın digər ölkələrinə köçmüş keçmiş Azərbaycan vətəndaşı olan yəhudilər də ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə qorunub saxlanmasında önəmli rol oynayırlar. İsrail – Azərbaycan dostluğu qədim tarixə söykənir və illərin sınağından keçib. Azərbaycanlılar və yəhudilər arasında həmişə doğma, səmimi münasibət olub və olacaq. 

Avrahamın qeyd etdiyi kimi  - Çünki Azərbaycan  multikulturalizm, dini tolerantlıq və plüralizm vahəsidir.    

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN