booked.netbooked.net booked.net  

 

RİA Novosti agentliyi Kreml saytına istinadən xəbər verir ki,Vladimir Putin Uzaq Şərq Federal rayonundakı ailələrə üçüncü və ya sonrakı uşaqların doğulması üçün bir milyon rubl (23 800 manat) ödəməyi təklif edib.

O, hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin verilməsi məsələsini nəzərdən keçirməyi tapşırıb. Bu məbləği Uzaq Şərq Dairəsinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanlarında uşaqların doğulmasını qeydə alan ailələr ala bilərlər. Bu məsələyə görə cavabdeh şəxs kimi baş nazir Mixail Mişustin təyin edilib.

Bundan əlavə, hökumət 3 noyabr ayına qədər federal dairənin səhiyyə orqanlarına vətəndaşların, o cümlədən COVİD-19 xəstəliyi keçirmiş insanların  tibbi reabilitasiya proqramına daxil edilməsi və bunun üçün zəruri olan infrastrukturun təmin edilməsi tapşırılıb.

Qeyd edək ki, son illər ərzində Rusiyada demoqrafiya sahəsində çox ciddi problemlər yaranıb. Əhalinin artım səviyyəsi çox aşağı düşüb. Belə ki, indi Rusiyada doğum əmsalı 1961-ci illə müqayisədə 2,5 dəfə azalıb.

Ailələrin uşaq istəməmələrinin bir çox səbəbləri var. Müxtəlif ailələr arasında keçirilən sorğu nəticəsində məlum olub ki,maddi vəsaitin az olması, mənzil çatışmamazlığı, həyat yoldaşının olmaması kimi problemlər başlıca səbəblərdir. Sorğuda iştirak edən qadınların 23, kişilərin isə  27 % - i maddi vəsaitin az olmasını, 16 %  qadın, 15 %  kişi mənzilin çatışmamazlığını, 10 %  qadın, 14 %  kişi özlərinə həyat yoldaşı tapa bilmədiklərini bildiriblər.

Şakir QURBANOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN